İran İsrailə hücum planından daşınıb
İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq yaxın günlərdə İsrailə qarşı kütləvi hücum qərarına yenidən baxa bilər. Bu barədə "Politico” qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Onların fikrincə, ABŞ hələ də Haniyənin öldürülməsinə İrandan hansısa reaksiya gözləyir, lakin Tehran ilkin cavab planına yenidən baxdığından, yaxın gələcəkdə İsrailə hücum edəcəyinə inanmır.
ABŞ administrasiyasının iki yüksək rütbəli rəsmisi bildirib ki, Vaşinqton Tehrana irimiqyaslı zərbənin yalnız gərginliyi artıracağı və tərəflər arasında birbaşa qarşıdurma riski yaradacağı barədə xəbərdarlıq edib. Onlar aydınlaşdırıblar ki, Birləşmiş Ştatlar həmçinin İranı Haniyənin ölümünə reaksiyasını yenidən nəzərdən keçirməyə və bunu daha geniş əməliyyatın bir hissəsi hesab etməməyə çağırıb.
Rəsmilərin fikrincə, İran əvvəlcə rədd etsə də, Amerika tərəfinin nöqteyi-nəzəri ilə getdikcə daha çox razılaşır.
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər