“British Airways” bir il müddətinə Pekinə uçuşları dayandıracaq

"British Airways” aviaşirkəti azı bir il müddətinə Çinin paytaxtı Pekinə uçuşları dayandıracaq.Bu barədə "Financial Times”xəbər verir.
Şirkətin bu qərarı Rusiyanın hava məkanını qapamasının uçuşla bağlı əməliyyatları çətinləşdirməsi, xərcləri artırması ilə bağlıdır.
Bundan əlavə, "British Airways” bu istiqamətdə uçuşlara tələbatın zəiflədiyini qeyd edir.
Hitrou hava limanından Pekinə uçuşlar oktyabrın 26-dan 2025-ci ilin noyabrına qədər dayandırılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 