• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Avropa İttifaqı Kosovoya qarşı əlavə tədbirlər görə bilər

Avropa İttifaqı Kosovoya qarşı əlavə tədbirlər görə bilər
08.08.2024 20:28
Avropa İttifaqı Komissiyası Kosovoya qarşı tətbiq edilən cəza tədbirlərinin daha da artırıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.
 
Xarici media xəbər verir ki, Aİ Komissiyasının sözçülərindən olan Peter Stano Kosovo hökumətinin Mitrovitsa şəhərində şəhərin alban və serblərin yaşadığı hissələrini ayıran İbre çayı üzərindəki əsas körpünü açmaq cəhdi ilə bağlı fikir bildirib. 

Keçən il Kosovonun şimalındakı gərginliyi azaltmaq üçün addım atmadığı səbəbiylə Aİ-nin ölkəyə tətbiq etdiyi "cəza tədbirləri”nin hələ də qüvvədə olduğunu qeyd edən Stano, "Bütün Aİ aktorları tədbirlərin artırılmasının zəruriliyi ilə razılaşarsa, bunlar daha da artırıla bilər”, - deyib.

Poçt şöbələrinin bağlanması və körpünün trafikə açılması ilə bağlı mövqelərini açıq şəkildə ifadə etdiklərini vurğulayıb:

"Son bir neçə gün ərzində biz Kosovodakı həmkarlarımıza bir çox səviyyələrdə, bir çox cəhətdən və bir çox tərəfdaşlar vasitəsilə mövqeyimizi çox aydın şəkildə çatdırdıq. Təkcə Aİ deyil, əsasən Kosovonun bütün beynəlxalq tərəfdaşları Priştina administrasiyasına bu mənfi, birtərəfli və razılaşdırılmamış addımları atmamağı deyirlər. Ümid edirik ki, onlar nəhayət mesajımızı eşidəcəklər və vəziyyət dəyişməzsə, hansı tədbirləri görəcəyimizi düşünməkdən çəkindirəcəklər".


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol