• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

ABŞ Çindən daha beş şirkətin idxalına qadağa qoyub

ABŞ Çindən daha beş şirkətin idxalına qadağa qoyub
08.08.2024 20:35
ABŞ hökuməti Sincan-Uyğur Muxtar Bölgəsində (SUMR) insan hüquqlarının müdafiəsi üçün Çindən daha 5 şirkətin idxalını qadağan etmək qərarına gəlib.Bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti məlumat yayıb.

Departamentin qara siyahısına Kashgar Construction Engineering (Group) Co., Ltd.; Sincan Habahe Ashele Copper Co., Ltd. (həmçinin Ashele Copper kimi tanınır); Xinjiang Tengxiang Magnesium Products Co., Ltd; Century Sunshine Group Holdings, Ltd və Rare Earth Magnesium Technology Group Holdings, Ltd. daxil edilib.Ümumilikdə bu qara siyahıya 85 Çin firması daxildir.

Amerika administrasiyası Çin hökumətini SUAR-da insan haqlarını ciddi şəkildə pozmaqda və soyqırımda ittiham edir. Pekin bu cür qənaətləri qəti şəkildə rədd edir. 23 dekabr 2021-ci il tarixində ABŞ-də SUAR-dan malların idxalına məhdudiyyətlər, habelə ABŞ hökumətinin fikrincə, iddia edilən istifadəyə görə məsuliyyət daşıyan şəxslərə və təşkilatlara qarşı sanksiyaları nəzərdə tutan qanun qüvvəyə minib. 2022-ci ilin iyun ayında ABŞ Gömrük və Sərhəd Mühafizəsi bu tədbirləri həyata keçirməyə başlayıb. 

Çinin şimal-qərbində yerləşən SUAR-da Çinin ən böyük milli azlıqlarından biri - əksəriyyəti islam dininə etiqaq edən türk uyğurlar yaşayır. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol