• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Ukrayna Rusiyanın Lipetsk şəhərinə hücum edib

Ukrayna Rusiyanın Lipetsk şəhərinə hücum edib
09.08.2024 10:01
Lipetskdə Ukraynadan edilən kütləvi pilotsuz təyyarə hücumu səbəbindən dörd yaşayış məntəqəsi boşaldılıb. Regionun qubernatoru İqor Artamonov Lipetsk bələdiyyə dairəsində fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul edib.

Lipetsk və Lipetsk bələdiyyə dairəsində sərnişinlərin daşınması dayandırılıb. İnfrastrukturun zədələnməsi səbəbindən elektrik enerjisinin verilişində fasilələr yaransa da, vəziyyət normallaşıb. Bundan əlavə, hərbi aerodromun ərazisində yanğın başlayıb.

Lipetsk vilayətindən başqa Rusiyanın daha üç rayonu hücuma məruz qalıb: Belqorod vilayəti səmasında 29 pilotsuz təyyarə vurulub, Starıy Oskolda iki şəxsi evə ziyan dəyib, Bryansk vilayətində dörd pilotsuz təyyarə məhv edilib.

Lipetsk vilayətində hərbi aerodrom da hücuma məruz qalıb. Bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın olan VÇK OQPU kanalı məlumat yayıb.

Daha sonra məlumatı Lipetsk vilayətinin qubernatoru İqor Artamonov da təsdiqləyib.
 
"Partlayıcı obyektlərin işə salınması Lipetsk vilayətində mülki binalardan uzaqda baş verib, təcili yardım xidmətləri hadisə yerindədir”, - RİA Novosti qubernatora istinadən bildirib. 

Məlumata görə, Ukrayna pilotsuz uçan aparatları enerji infrastrukturu obyektlərinə ziyan vurub, regionda enerji təchizatında fasilələr var.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol