Yaponiyanın baş naziri Qazaxıstan və Özbəkistana səfərini təxirə salıb
Yaponiyanın baş naziri Fumio Kişida güclü zəlzələ təhlükəsi səbəbindən Mərkəzi Asiyaya səfərini təxirə salıb.
Tur zamanı Kişida Monqolustan, Qazaxıstan və Özbəkistana səfər etməli idi. TASS xəbər verir ki, eyni zamanda Qazaxıstanda Kişida Mərkəzi Asiya dövlət başçılarının görüşündə iştirak etməli idi.
Baş nazir əlavə edib ki, yaxın gələcəkdə hökumətin bütün səyləri vəziyyətin monitorinqinə və Nankay qırağında proqnozlaşdırılan güclü zəlzələyə hazırlığa yönəldiləcək.
Zəlzələ ilə bağlı ilk xəbərdarlıq cümə axşamı Yaponiyanın cənub-qərbində baş verən 7,1 bal gücündə zəlzələdən saatlar sonra Sakit Okeanın dibindəki Nankay qırağı ətrafındakı ərazilər üçün edilib.
Kişida cümə günü səhər Naqasakidə ABŞ-ın bu şəhərə atom bombası atmasının 79-cu ildönümü münasibətilə keçirilən sülh mərasimi çərçivəsində keçirilən mətbuat konfransında səfərini təxirə saldığını açıqlayıb.
Yaponiya hökumətinin məlumatına görə, cümə axşamı baş verən zəlzələ Miyazaki və iki qonşu rayonda binalara böyük ziyan vurub. Ölənlər barədə məlumat verilməyib.
Daşkənddə Yaponiya baş nazirinin səfəri ərəfəsində bir çox küçələrdə Özbəkistan və Yaponiyanın bayraqları asılıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər