• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Harris və Tramp razılığa gəlib

Harris və Tramp razılığa gəlib
09.08.2024 10:48
ABŞ-ın vitse-prezidenti Kamala Harris sentyabrın 10-da ABC telekanalında ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampla debata hazır olduğunu bildirib.

"Mən Donald Trampla debatı səbirsizliklə gözləyirəm və sentyabrın 10-da onunla debata çıxmağa razıyam",  o, NBC telekanalına bildirib.

Harris həmçinin jurnalistlərə deyib ki, o, gələcək debatların tarixini də  müzakirə etməyə hazırdır.

"Sentyabrın 10-dan sonra gələcək debatların tarixini müəyyən etsək məmnun olaram”,  - o deyib. 

ABŞ-ın sabiq prezidenti  Donald Tramp avqustun 8-də Amerika televiziya şirkətləri ilə üç raund televiziya debatının keçirilməsi barədə razılığa gəldiyini bildirib.
 
O deyib ki, sentyabrın 4-də Fox News, sentyabrın 10-da  ABC,  sentyabrın 25-də isə  NBC telekanallarında debatlara çıxmağa hazırdır.
 
Respublikaçılar Partiyasından prezidentliyə namizədi həmçinin cümə axşamı Demokratlar Partiyasından namizəd Kamala Harrisi tənqid edərək, onu "bacarıqsız" adlandırıb.

"Düşünürəm ki, o,  Baydendən (...) daha pisdir",  - Tramp deyib.

Onun sözlərinə görə, "Harris prezident olarsa, bu, ABŞ üçün böyük uğursuzluq olacaq".
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol