• $
  • £

Fitch Ratings SOCAR-ın reytinqini “BBB-” kimi müəyyən edib

Fitch Ratings SOCAR-ın  reytinqini “BBB-” kimi müəyyən edib
09.08.2024 10:58
Beynəlxalq reytinq agentliyi Fitch Ratings SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) reytinqini "BB+”dan "BBB-”-yə kimi azaldıb.  Bu barədə agentliyin yayımladığı hesabatda bildirilib. 
 
Agentliyin SOCAR-la bağlı proqnozu isə "stabil” qiymətləndirilib. 

Fitch SOCAR-ın Müstəqil Kredit Profilini (SCP) onun orta neft və qaz hasilatı miqyasını, güclü maliyyə profilini və korporativ idarəetmə məhdudiyyətlərini əks etdirən "bb-" səviyyəsində qiymətləndirib. 

"2023-cü ildə SOCAR neft və qaz hasilatını  286 min barel neft ekvivalentinə qədər  artırıb  (2022-ci ildə bu göstərici  284 min barel olub)",  - hesabatda bildirilib.
 
Agentlik təbii qaz hasilatının artması ilə əlaqədar olaraq 2023-2025-ci illərdə SOCAR-ın istehsalının azalacağını və orta hesabla ildə 0,5% olacağını güman edir.
 
Fitch Azərbaycan hökumətinin SOCAR-ın əməliyyatları, maliyyə göstəriciləri və strateji qərarları üzərində güclü nəzarətini vurğulayır və bildirir ki, bu da güclü nəzarətin göstəricisidir.

gentlik SOCAR-ın dövlət tərəfindən güclü, ehtimal olunan dəstəyinə də diqqət çəkib. 
 
"SOCAR-ın maliyyə profili dövlət dəstəyinə ehtiyacı məhdudlaşdıran əlverişli neft və qaz qiymətləri sayəsində güclü olaraq qalır. Lakin biz hesab edirik ki, lazım gələrsə, hökumət SOCAR-a birbaşa maliyyə dəstəyi verəcək. SOCAR Azərbaycan iqtisadiyyatında mühüm rol oynayır",  -  agentlik vurğulayıb. 

Fitch özünün neft və qaz qiymətləri ilə bağlı proqnozlarına uyğun olaraq, SOCAR-ın 2027-ci ilə qədər olan proqnoz dövründə güclü maliyyə profilini qoruyacağını gözləyir.

Agentliyin esablamalarına görə, SOCAR-ın 2024-2027-ci illər üçün kapital qoyuluşları 12,3 milyard manat (indiki 1,7 manat/$1 məzənnə ilə 7,2 milyard dollar) həcmində qiymətləndirilir.

Agentlik şirkətin yaxşı likvidliyini qeyd edir.
 
SOCAR 2023-cü ilin sonunda 5,8 milyard manat (3,4 milyard ABŞ dolları) qısamüddətli borcuna qarşı 8 milyard manat (4,7 milyard dollar) nağd pul qalığı olduğunu bildirib. SOCAR-ın likvidliyini dəstəkləyən əlverişli neft və qaz qiymətləri fonunda 2027-ci ilə qədər güclü pul axınının (kül axınının yaranması) formalaşacağını gözləyirik. 
 
N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
İqtisadiyyat 12:35
8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən!
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
İqtisadiyyat 17:32
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol