Azərbaycanda peşə məktəbində oxuyanların 33%-i qadınlardır - MÜSAHİBƏ
2024/2025-cü tədris ili üçün peşə təhsil
müəssisələrinə 31 min plan yeri ayrılıb.Keçən il bu rəqəm 25 min olub. Bunu anews.az-a müsahibəsində Peşə Təhsili
üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
"İlk həftədə müraciət edənlərin sayı 21 mini keçib, bu da ötən ilki müraciətlərdən 20% çoxdur. Son 5 ilin statistikasına baxsaq müraciət edənlərin 30%, qəbul olunanlarınsayının isə 10% artıdığını görərik. Ümumi qəbulun 40%-I Bakının, 60% isə regionların payına düşür. Peşə təhsilinə maraq Bakıda daha çoxdur. Keçən il 9-11-ci sinfi bitirib və heç bir yerdə oxumayan 20495 nəfərdən 4 min nəfər kolleclərə qəbul alıb. Müraciət edən hər 5 nəfərdən biri kollecə qəbul ola bilir. Digər 4 nəfər isə əmək bazarına təhsil almadan daxil olur. Bu səbəbdən 2024-2025-ci təhsil ili üçün ilk dəfə iki növbəli təhsil sisteminə keçmişik”, - Kərəmov bildirib.
2026-ci ilə qədər 9200-ə qədər adamın yüksək
texniki peşəyə cəlb edilməsi planlaşdırılıb.
Peşə məktəblərində ixtisaslar necə müəyyənləşdirilir?
Əmək bazarı üçün lazım olan ixtisasların peşə təhsilinə cəb olunması üçün öncədən uyğun dövlət qurumları və özəl sektor mənsubları ilə təhlillər aparılır.
"Hər il qəbul planı hazırlanarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən hazırda əmək bazarında olan vəziyyət və əmək bazarında ciddi ehtiyac və ya çatızmazlıq olan ixtisaslar üzrə məlumatları alırıq.Həmçinin İqtisadiyyat Nazirliyi də hansı peşələrə ehtiyacın olması ilə bağlı rəy verir. Keçən il tədris planına alternativ mənbələrdən enerji istehsalı üzrə 2 ixtisas əlavə edilib. Günəş panellərinin təmiri və istismarı üzrə texnik, alternativ enerji sistemləri mütəxəssisi hazırlayırıq. O vaxtı biz dövlət qurumlarından bu sahədə işləyən şirkətlərlə uzun müddət ünsiyyətdə olduq. Başa düşdük ki, bu sahədə ixtisaslı işçilərə ehtiyac var. Ölkədə xarici investorların cəlb edildiyi böyük layihələr icra olunur ki, bu da adını çəkdiyim ixtisaslara tələbatı daha da artırır”, - Ceyhun Kərəmov söyləyib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən bu il qəbul sayına görə 77 milyon manatdan çox vəsait ayrılıb. Ötən il bu məbləğ 64 milyon təşkil edib. Ayrılan vəsait peşə təhsil müəssisələrinin saxlanma xərclərinə, eləcə də müəllimlərin məvacibi üçün xərclənir. Ödənişli təhsildən yığılan vəsait isə cari xərclərə yönləndirilir.
Ceyhun Kərəmovun sözlərinə görə, hazırda
peşə məktəblərində çalışan müəllimlərin
aylıq əmək haqqı 500-600 manat arasında dəyişir. Bu da ölkədə olan
minimal əmək haqqından çox, orta əmək haaqından isə azdır.
"Müəllimlərin orta aylıq əmək haqqıının artırılması istiqamətində bir çox addımlar atırıq. Bizim adambaşına maliyyələşməyə keçən 5 müəssisəmizdə bu il müəllimlərin məvacibi artırılacaq. Sistem üzrə son 3-4 ildə bir neçə dəfə müəllimlərin məvacibinə əlavələr olub. Peşə təhsilində müəllimlərin orta aylıq əmək haqqı 600-700 manat arasında dəyişir. Bizdə təhsil digər təhsil müəssisələrindən fərqli olaraq həm ali, həm də orta təhsilli şəxslər dərs deyir. Odur ki, müəllimlərin təhsil səviyyəsindən asılı olaraq aldıqları məvacibin miqdarı da dəyişir”, - qurum rəhbəri deyib.
Bu il peşə məktəblərinə müəllimlərin işə qəbulu yeni qaydalarla aparılıb
Kərəmovun sözlərinə görə, peşə məktəblərnə bu il ilk dəfə müəllimlərin yeni qaydalar əsasında işə götürülüb.
"Peşə məktəblərində dərs deyən müəllimlər iki kateqoriyaya bölünüb. Birinci kateqoriyaya istehsalat təlim ustaları , ikincinə isə ixtisas fənnləri üzrə dərs deyən müəllimlər daxildir. Bunların hər birinin uyğun staj və təhsilə malik olması önəmlidir. Birinci mərhələdə peşə məktəblərində çalışmaq itəyən usta və müəllimlərdən ərizələr qəbul edilir . Bu il 4 minə yaxın müraciət daxil olub. Onların içindən 2300 nəfər növbəti mərhələyə buraxılıb. İkinci mərhələdə isə namizədlər test imtahanı verib. Test zamanı gələcək müəllimlərin dərs deyəcəkləri sahə üzrə bilikləri və pedaqoji yanaşma bacarığı müəyən olunur. Bu mərhələdən 1700-dən çox adam keçib. Avqustun ikinci yarısında keçiriləcək üçüncü mərhələ zamanı isə 40-dan çox bal yığan namizədlər müsahibələrə dəvət ediləcək. Ustaların isə praktiki bacarıqları yoxlanacaq”, - direktor vurğulyıb.
Peşə məktəblərində dual təhsil səmərə verir
Hazırda Azərbaycan peşə məktəblərində dual təhsil tətbiq edilir. Ceyhun Kərəmov bildirib ki, bu təhsil forması tələbələrə məktəbdə akademik biliklər almaqla yanaşı usta yanında öyrənmək imkanı verir və bu il 1600 nəfər bundan bəhrələnəcək.
"Usta yanında öyrənmək dünyanın hər yerində var. Beləliklə, tələbəyə həm nəzəri , həm praktiki bilik almağa şərait yaradırıq. Buna dual təhsil modeli deyilir. Tələbəmiz 3 gün məktəbdə, 2 gün usta yanında iş yerində olur. 1600 nəfər tələbəni bu model əsasında peşə təhsilinə cəlb etmək istəyirik. Keçən il bu rəqəm 850 nəfər olub. Dual təhsillə öyrənənlərin işə düzəlməsi faizi daha yüksəkdir. Məsələn peşə məktəblərini bitirənlərin 55% işə düzəlirsə , dual təhsil alanıarın 65-70%-I işlə təmin olunur. Yaxşı tələbələr sonda işlədikləri usta yanında qalırlar”, - Kərəmov bildirib.
Peşə təhsili olmayanlar bəzi sektorlarda işə qəbul edilməyəcək
Azərbaycanda bəzi sektorlarda çalışanların hər hansı peşə təhsilinə malik olmaması müəyyən risklər yaradır. Onardan biri də tikintidir. Tikinti şirkətləri fəhlələri işə alarkən onların peşə təhsilinə malik olub olmadığına diqqət yetirmir . Bu da tikilən binaların keyfiyyətini şübhə altına alır. Kərəmov bildirir ki, bu problemin həlli üçün artıq Əmək Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlanır.
"Tikinti sektoru və bir sıra riskli sahələr var ki, orada işləyənlərin peşə təhsilinin olması vacibdir. Birmənalı bu istiqamətdə qanunvericilikdə dəyişiliklər olmalıdır. Belə bir layihə üzərində iş gedir. Bununla bağlı Əmək Məcəlləsinə dəyişikliklər edilməlidir. Təbii hazırda əmək bazarında işləyən təcrübəli şəxslərə yeni qanun tətbiq edilməyəcək. Amma yeni fəhlələrdən artıq peşə məktəblərinin diploma tələb olunacaq. Məcəlləyə dəyişikliklərlə bağlı təkliflər artıq bir neçə dəfə müzakirə olunub. Onların üzərində iş yekunlaşmaq üzrədir. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təşəbbüs kimi formalaşandan sonra qanunvericilik orqanına təqdim olunacaq”, - direktor əlavə edib.
Azərbaycanda özəl peşə məktəbləri varmı?
Hazırda Azərbaycanda yalnız bir özəl peşə məktəbi fəaliyyət gstərir.
"Hazırda Azərbaycan 1 özəl peşə məktəbi var. Bu da peşə təhsilində təhsil alanların 1%-dən bir az çoxunu əhatə edir. Özəl peşə məktəblərinin sayının artmasını vacib sayıram. Biz hətta özəl sektorla birgə məktəblərin açılmasında da maraqlıyıq. Özəl sektor bizim müəyyən peşə təhsil müəssislərini tikib birgə istifadə edə bilər. İstərdik ki, bunu tezliklə tətbiq edək. Dünyanın başqa ölkələrində peşə təhsilinə özəl sektorda maraq çoxdur”, - direktor bildirib.
Peşə məktəblərinin yataqxanası olmalıdır
"Müasir
peşə məktəblərində yataqxana kompleksi var. Sənaye və İnnovasiyalar üzrə Bakı
Peşə təhsil müəssisəsində, Bərdədə, Cəlillabbada, Qəbələdə, Gəncədə və növbəti
illərdə tikiləcək bütün təhsil müəssisələrində yataqxanaların olması nəzərdə
tutulur. Yataqxana xərclərini qarşılamaq üçün çox kiçik ödəniş tələb edilir. Bu
ödəniş tələbələrinin istifadə edəcəyi alternativ variantlarından daha ucuzdur. Qiymətlər
regionlara görə dəyişir. Yataqxanalarda
həssas qruplar, şəhid ailələri və Qarabağ müharibəsi qaziləri üçün ödənişdə güzəştlər
nəzərdə tutulub”, - o qeyd edib.
Fiziki qüsurlu şəxslərin peşə məktəblərində təhsil almasında şərait yaradılıbmı?
"Ölkədə səviyyəsindən razı qalacağımız inkülüziv təhsil sistemi yoxdur. Yeni təhsil müəssisələrində bunlar nəzərə alınır. Köhnə təhsil müəssisələrimizdə isə problemlər hələ də qalmaqdadır. Bu il araşdırma aparmağa başlamışıq. İnkülüziv peşə təhsilinin təşkili ilə bağlı həm qanunvericilik, həm fiziki infrastruktur, həm də tədrisdə olan boşluqları öyrənirik. Beynəlxalq təcrübə ilə yeni təcrübəni müqayisə edib konkret nəticələr əldə etmək istəyirik. Həmçinin müəllimlər üçün inkülüziv peşə təhsili necə olmalıdır mövzusunda təlimlər keçirəcəyik. Qanunvericilik imkan verir ki, bu kateqoriyadan olan şəxslər müsabiqədənkənar qəbul oluna bilsin. Bu sahə ilə bağlı araşdırma aparılır və nəticələri bu ilin 4-cü rübündə təqdim ediləcək”, - Kərəmov vurğulayıb.
Ölkədə 25 yeni peşə təhsil müəssisəsinə ehtiyac var
"Təqribən 30 min yeni tələbə qəbul edib ölkənin
bir çox rayonları üzrə kefiyyətli təhsil vermək istəyiriksə, təxminən 25 yeni təhsil
müəssisəsinə ehtiyacımız var. Ölkədə 84 peşə təhsil müəssisəsi var. Onun 78
bizim, qalan altısı isə İqtisadiyyat Nazirliyi və Turzim Nazirliyinin tabeliyindədir”, - qurum rəhbəri əlavə edib.
2023-cü il cəzaçəkmə müəssisəsində 1000 nəfər məhbus peşə təhsilinə cəlb edilib
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin təşkili ilə Ədliyyə Nazirliyi məşğul olur, tələbə qəbulunu usə Peşə Təhsili üzrə Dövlət Agentliyi həyata keçirir.
Keçən il 1000-dən çox məhbus peşə təhsili almaq xahişi ilə müraciət edib ki, onların da 80 nəfəri qadın olub.
Qadınlar peşə məktəblərinə müraciət edirmi?
Ceyhun Krəmovun szlərinə görə, bu il peşə məktəblərinə müraciət edən qadınların sayının ötən ilki 33%-dən 40%-ə çatdırmaq üçün müəyyən təşviqedici addımlar atılıb.
"Qadınların maraq gstərdiyi ixtisaslara daha çox yer veririk. Təcrübə göstərir ki, köhnə binalarda yerləşən təhsil müəssisələrinə qadınlar maraq göstərmir. Yeni tikilən binalarda isə qadınlar oxumağa can atır. Bir çox ixtisasların formatını dəyişirik. Məsələn dərzi ixtisasını moda dizaynla əvəz edirik”, - Ceyhun Kərəmov söyləyib.
Məzun olanların 55% işlə təmin edilib.
Xarici ölkələrlə birgə peşə məktəbləri yaradılır
"İkinci əməkdaşlıq etdiyimiz ölkə Türkiyədə
son 3 ildə 300-dən çox müəllimimiz təlim keçib. Bu da yaxşı göstəricidir.
Türkiyə ilə birgə idarə edilən peşə təhsil müəssisəsi yaratmaq niyyətindəyik. Bununla bağlı 2021-ci ildə protokoloq imzalanıb, hər iki ölkənin
parlamenti ratfikasiya edib, texniki
detallar razılaşdırılıb”, - direktor əlavə edib.
"Bu il sentyabrda bizim komandamız 6
istiqamətdə yarışda iştirak edəcək. Yarışmada 18-22 yaş arası şəxslər iştirak
etmək hüququna malikdir. Birinci dəfə 2022-ci ildə 3 istiqamət üzrə yarışmada iştirak etmişik. Komanda üzvümüz ən yaxşı
desert hazırladığı üçün İsveçrədə keçiriləm yarışmada aşbazlıq üzrə mükəməllik medalı qazanıb. Bu il
yarışma Leonda keçiriləcək”, - Kərəmov əlavə edib.
O hesab edir ki, Azərbaycanda məktəblərdə fəaliyyət göstərən peşə təmaüllü siniflər şagidrlərin ilkin bacarıqları üçün şərait yaradacaq. Hazırda Azərbaycanda 100-dən çox məktəbdə peşə təmaüllü siniflər var. 2026-ci ilə qədər təxminən 600 məktəbdə bu tip siniflərin təşkili planlaşdırılır.
Gülnar Nazimqızı
"İlk həftədə müraciət edənlərin sayı 21 mini keçib, bu da ötən ilki müraciətlərdən 20% çoxdur. Son 5 ilin statistikasına baxsaq müraciət edənlərin 30%, qəbul olunanlarınsayının isə 10% artıdığını görərik. Ümumi qəbulun 40%-I Bakının, 60% isə regionların payına düşür. Peşə təhsilinə maraq Bakıda daha çoxdur. Keçən il 9-11-ci sinfi bitirib və heç bir yerdə oxumayan 20495 nəfərdən 4 min nəfər kolleclərə qəbul alıb. Müraciət edən hər 5 nəfərdən biri kollecə qəbul ola bilir. Digər 4 nəfər isə əmək bazarına təhsil almadan daxil olur. Bu səbəbdən 2024-2025-ci təhsil ili üçün ilk dəfə iki növbəli təhsil sisteminə keçmişik”, - Kərəmov bildirib.
Bu ilki qəbulun 75% dövlət sifarişi ilə, 25% isə ödənişli əsaslarla icra
olunacaq. Ümumilikdə 136 ixtisas üzrə qəbul aparılır. Keçən il bu say 128 olub.
Bu il ilk dəfə 9 yeni ixtisas əlavə olunub. Keçən il mövcud olan 2 ixtisas isə
siyahıdan çıxarılıb.
Peşə məktəblərinə daxil olmaq üçün əsas
meyar müraciət edənlərin attestat qiymətləridir. Attestat qiyməti uyğun olanlar
daha sonra 5 ixtisas üzrə seçim edərək sistemdə kodlaşma aparır.
Ceyhun Kərəmov hesab edir ki, 5 ixtisas
seçimi imkanının verilməsi yetərlidir.
"Ali təhsil və kolleclərdə yer
seçiminin artırılması onunla əlaqədardır ki, orada bir-birinə yaxın ixtisaslar
var. Peşə təhsilində bu proses fərqlidir. Bəzən ixtisaslar üzrə heç bir
oxşarlıq olmur. 5 ixtisasdan çox seçmək istəyini hələ bildirən olmayıb.Kodlaşma zamanı İxtisas
seçiminin artırılmasına zənnimizcə ehtiyac yoxdur”, - o bildirib.
Kərəmovun sözlərinə grə, Azərbaycan peşə məktəblərində
verilən diplomlar dünyada tanınır.
Peşə məktəblərində ixtisaslar necə müəyyənləşdirilir?
Əmək bazarı üçün lazım olan ixtisasların peşə təhsilinə cəb olunması üçün öncədən uyğun dövlət qurumları və özəl sektor mənsubları ilə təhlillər aparılır.
"Hər il qəbul planı hazırlanarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən hazırda əmək bazarında olan vəziyyət və əmək bazarında ciddi ehtiyac və ya çatızmazlıq olan ixtisaslar üzrə məlumatları alırıq.Həmçinin İqtisadiyyat Nazirliyi də hansı peşələrə ehtiyacın olması ilə bağlı rəy verir. Keçən il tədris planına alternativ mənbələrdən enerji istehsalı üzrə 2 ixtisas əlavə edilib. Günəş panellərinin təmiri və istismarı üzrə texnik, alternativ enerji sistemləri mütəxəssisi hazırlayırıq. O vaxtı biz dövlət qurumlarından bu sahədə işləyən şirkətlərlə uzun müddət ünsiyyətdə olduq. Başa düşdük ki, bu sahədə ixtisaslı işçilərə ehtiyac var. Ölkədə xarici investorların cəlb edildiyi böyük layihələr icra olunur ki, bu da adını çəkdiyim ixtisaslara tələbatı daha da artırır”, - Ceyhun Kərəmov söyləyib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinə dövlət büdcəsindən bu il qəbul sayına görə 77 milyon manatdan çox vəsait ayrılıb. Ötən il bu məbləğ 64 milyon təşkil edib. Ayrılan vəsait peşə təhsil müəssisələrinin saxlanma xərclərinə, eləcə də müəllimlərin məvacibi üçün xərclənir. Ödənişli təhsildən yığılan vəsait isə cari xərclərə yönləndirilir.
Peşə məktəblərində dərs deyən müəllimlərin əmək haqqı yetərlidirmi?
"Müəllimlərin orta aylıq əmək haqqıının artırılması istiqamətində bir çox addımlar atırıq. Bizim adambaşına maliyyələşməyə keçən 5 müəssisəmizdə bu il müəllimlərin məvacibi artırılacaq. Sistem üzrə son 3-4 ildə bir neçə dəfə müəllimlərin məvacibinə əlavələr olub. Peşə təhsilində müəllimlərin orta aylıq əmək haqqı 600-700 manat arasında dəyişir. Bizdə təhsil digər təhsil müəssisələrindən fərqli olaraq həm ali, həm də orta təhsilli şəxslər dərs deyir. Odur ki, müəllimlərin təhsil səviyyəsindən asılı olaraq aldıqları məvacibin miqdarı da dəyişir”, - qurum rəhbəri deyib.
Bu il peşə məktəblərinə müəllimlərin işə qəbulu yeni qaydalarla aparılıb
Kərəmovun sözlərinə görə, peşə məktəblərnə bu il ilk dəfə müəllimlərin yeni qaydalar əsasında işə götürülüb.
"Peşə məktəblərində dərs deyən müəllimlər iki kateqoriyaya bölünüb. Birinci kateqoriyaya istehsalat təlim ustaları , ikincinə isə ixtisas fənnləri üzrə dərs deyən müəllimlər daxildir. Bunların hər birinin uyğun staj və təhsilə malik olması önəmlidir. Birinci mərhələdə peşə məktəblərində çalışmaq itəyən usta və müəllimlərdən ərizələr qəbul edilir . Bu il 4 minə yaxın müraciət daxil olub. Onların içindən 2300 nəfər növbəti mərhələyə buraxılıb. İkinci mərhələdə isə namizədlər test imtahanı verib. Test zamanı gələcək müəllimlərin dərs deyəcəkləri sahə üzrə bilikləri və pedaqoji yanaşma bacarığı müəyən olunur. Bu mərhələdən 1700-dən çox adam keçib. Avqustun ikinci yarısında keçiriləcək üçüncü mərhələ zamanı isə 40-dan çox bal yığan namizədlər müsahibələrə dəvət ediləcək. Ustaların isə praktiki bacarıqları yoxlanacaq”, - direktor vurğulyıb.
Peşə məktəblərində dual təhsil səmərə verir
Hazırda Azərbaycan peşə məktəblərində dual təhsil tətbiq edilir. Ceyhun Kərəmov bildirib ki, bu təhsil forması tələbələrə məktəbdə akademik biliklər almaqla yanaşı usta yanında öyrənmək imkanı verir və bu il 1600 nəfər bundan bəhrələnəcək.
"Usta yanında öyrənmək dünyanın hər yerində var. Beləliklə, tələbəyə həm nəzəri , həm praktiki bilik almağa şərait yaradırıq. Buna dual təhsil modeli deyilir. Tələbəmiz 3 gün məktəbdə, 2 gün usta yanında iş yerində olur. 1600 nəfər tələbəni bu model əsasında peşə təhsilinə cəlb etmək istəyirik. Keçən il bu rəqəm 850 nəfər olub. Dual təhsillə öyrənənlərin işə düzəlməsi faizi daha yüksəkdir. Məsələn peşə məktəblərini bitirənlərin 55% işə düzəlirsə , dual təhsil alanıarın 65-70%-I işlə təmin olunur. Yaxşı tələbələr sonda işlədikləri usta yanında qalırlar”, - Kərəmov bildirib.
Peşə təhsili olmayanlar bəzi sektorlarda işə qəbul edilməyəcək
Azərbaycanda bəzi sektorlarda çalışanların hər hansı peşə təhsilinə malik olmaması müəyyən risklər yaradır. Onardan biri də tikintidir. Tikinti şirkətləri fəhlələri işə alarkən onların peşə təhsilinə malik olub olmadığına diqqət yetirmir . Bu da tikilən binaların keyfiyyətini şübhə altına alır. Kərəmov bildirir ki, bu problemin həlli üçün artıq Əmək Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlanır.
"Tikinti sektoru və bir sıra riskli sahələr var ki, orada işləyənlərin peşə təhsilinin olması vacibdir. Birmənalı bu istiqamətdə qanunvericilikdə dəyişiliklər olmalıdır. Belə bir layihə üzərində iş gedir. Bununla bağlı Əmək Məcəlləsinə dəyişikliklər edilməlidir. Təbii hazırda əmək bazarında işləyən təcrübəli şəxslərə yeni qanun tətbiq edilməyəcək. Amma yeni fəhlələrdən artıq peşə məktəblərinin diploma tələb olunacaq. Məcəlləyə dəyişikliklərlə bağlı təkliflər artıq bir neçə dəfə müzakirə olunub. Onların üzərində iş yekunlaşmaq üzrədir. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təşəbbüs kimi formalaşandan sonra qanunvericilik orqanına təqdim olunacaq”, - direktor əlavə edib.
Azərbaycanda özəl peşə məktəbləri varmı?
Hazırda Azərbaycanda yalnız bir özəl peşə məktəbi fəaliyyət gstərir.
"Hazırda Azərbaycan 1 özəl peşə məktəbi var. Bu da peşə təhsilində təhsil alanların 1%-dən bir az çoxunu əhatə edir. Özəl peşə məktəblərinin sayının artmasını vacib sayıram. Biz hətta özəl sektorla birgə məktəblərin açılmasında da maraqlıyıq. Özəl sektor bizim müəyyən peşə təhsil müəssislərini tikib birgə istifadə edə bilər. İstərdik ki, bunu tezliklə tətbiq edək. Dünyanın başqa ölkələrində peşə təhsilinə özəl sektorda maraq çoxdur”, - direktor bildirib.
Peşə məktəblərinin yataqxanası olmalıdır
Ceyhun Kərəmovun sözlərinə görə, peşə təhsil müəssisələrində
yataqxanaların olması vacib şərtdir.
" Əvvəllər peşə təhsil müəssisələrində
yataqxana kompleksi olub. Sadəcə məcburi köçkünlər həmin yataqxanalarda yerləşdirildiyindən
yataqxana qıtlığı yaranıb. Bu gün də peşə məktəblərinin yataxanalarında 7 mindən çox məcburi köçkün yaşayır. Vətəndaşlar
işğaldan azad edilən ərazilərə qayıtdıqca bu infrakstrukdan istifadə etmək
imkanımız olacaq”, - Kərəmov deyib.
Onun sözlərinə görə, yeni istifadəyə verilən
və tikiləcək bütün təhsil müəssisələrində yataqxana kompleksi olacaq.
Fiziki qüsurlu şəxslərin peşə məktəblərində təhsil almasında şərait yaradılıbmı?
Hazırda Azərbaycanın peşə məktəblərində fiziki qüsuru olan şəxslər də təhsil
alır. Ceyhun Kərəmov etiraf edir ki, onların peşə məktəblərində oxuması üçün
heç də kifayət qədərşərait yaradılmayıb.
"Ölkədə səviyyəsindən razı qalacağımız inkülüziv təhsil sistemi yoxdur. Yeni təhsil müəssisələrində bunlar nəzərə alınır. Köhnə təhsil müəssisələrimizdə isə problemlər hələ də qalmaqdadır. Bu il araşdırma aparmağa başlamışıq. İnkülüziv peşə təhsilinin təşkili ilə bağlı həm qanunvericilik, həm fiziki infrastruktur, həm də tədrisdə olan boşluqları öyrənirik. Beynəlxalq təcrübə ilə yeni təcrübəni müqayisə edib konkret nəticələr əldə etmək istəyirik. Həmçinin müəllimlər üçün inkülüziv peşə təhsili necə olmalıdır mövzusunda təlimlər keçirəcəyik. Qanunvericilik imkan verir ki, bu kateqoriyadan olan şəxslər müsabiqədənkənar qəbul oluna bilsin. Bu sahə ilə bağlı araşdırma aparılır və nəticələri bu ilin 4-cü rübündə təqdim ediləcək”, - Kərəmov vurğulayıb.
Ölkədə 25 yeni peşə təhsil müəssisəsinə ehtiyac var
"2022-2026 cı iilər üçün sosial
iqtisadi siyasət planına görə, Azərbaycanda 8 yeni peşə təhsil məüssisəsinin
tikilməsi nəzərdə tutulub. Bunlardan Cəlilabad,
Lənkəran və Bakıda 14 nömrəli texnologiya mərkəzi
istifadəyə verilib. Hazırda Qubada tikinti işləri davam edir. Sumqayıtda, Qaxda
və Tovuzda yeni peşə təhsil müəssisənin tikilməsi istiqamətində işlərə
başlamışıq. Qarabağda da 8 peşə təhsili məktəbi tikiləcək”, - Kərəmov
bildirib
Onun sözlərinə görə, Qazax,Sabirabad, İmişli, Masallı və s rayonlarda peşə məktəblərinə ehtiyac var.
2023-cü il cəzaçəkmə müəssisəsində 1000 nəfər məhbus peşə təhsilinə cəlb edilib
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin təşkili ilə Ədliyyə Nazirliyi məşğul olur, tələbə qəbulunu usə Peşə Təhsili üzrə Dövlət Agentliyi həyata keçirir.
Keçən il 1000-dən çox məhbus peşə təhsili almaq xahişi ilə müraciət edib ki, onların da 80 nəfəri qadın olub.
Qadınlar peşə məktəblərinə müraciət edirmi?
Ceyhun Krəmovun szlərinə görə, bu il peşə məktəblərinə müraciət edən qadınların sayının ötən ilki 33%-dən 40%-ə çatdırmaq üçün müəyyən təşviqedici addımlar atılıb.
"Qadınların maraq gstərdiyi ixtisaslara daha çox yer veririk. Təcrübə göstərir ki, köhnə binalarda yerləşən təhsil müəssisələrinə qadınlar maraq göstərmir. Yeni tikilən binalarda isə qadınlar oxumağa can atır. Bir çox ixtisasların formatını dəyişirik. Məsələn dərzi ixtisasını moda dizaynla əvəz edirik”, - Ceyhun Kərəmov söyləyib.
Qurum rəəhbəri bildirir ki, keçən il qəbul olan 21 min nəfərdən 15 mini məzun
olub. Daxil olanların təxminən 10% təhsilini müxtəlif səbəblərdən başa
vurmadığı üçün peşə məktəblərindən
aralanıb.
Xarici ölkələrlə birgə peşə məktəbləri yaradılır
Kərəmovun sözlərinə görə, hazırda Cənubi
Koreya ilə birgə əməkdaşlıq nəticəsində yaradılan bir peşə məktəbi fəaliyyət
göstərir.
Cənubi Koreyanın tədris proqramları Azərbaycana uyğunlaşdırılıb, müəllimlər
3 aylı Cənubi Koreyaya təlimə
göndərilib, 2023-cü ildə 3 müəlim təlim
keçmək üçün Cənubi Koreyadan Bakıya gəlib.
Sentyabrda 6 istiqamət üzrə azərbaycanlı gənclər WorldSkills-in təşkil edəcəyi yarışmalarda iştirak
edəcək.
WorldSkills iki ildən bir dünyanın müxtəlif
yerlərində keçirilən dünya və milli peşə bacarığı yarışmalar təşkil edən, həmçinin peşə bacarığı
konfranslarına ev sahibliyi edən beynəlxalq xeyriyyə təşkilatıdır.
Azərbaycan 2020-ci ildən Worldskills
International-ın üzvüdür.

Oxşar xəbərlər
Oxşar xəbərlər