• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Dünyada ölən humanitar işçilərin sayı artıb - EUobserver

Dünyada ölən humanitar işçilərin sayı artıb - EUobserver
09.08.2024 16:26
ABŞ və Avropa İttifaqı ölkələrinin ikili standartları münaqişə zonalarında həlak olan humanitar işçilərin sayının kəskin artmasına səbəb olub. Bu barədə EUobserver portalının materialında deyilir.

Portal Humanitarian Outcomes beynəlxalq tədqiqat layihəsinin məlumatlarına istinad edir.
 
Bu məlumatlara əsasən, 2024-cü ilin əvvəlindən dünyada 192 humanitar işçi həlak olub, 2022-ci il ərzində isə onların sayı 118 olub. İlk növbədə Qəzza zolağında növbəti mərhələsi 2023-cü ilin oktyabrında başlayan münaqişə ilə bağlıdır.
 
Portalın məlumatına görə, Yaxın Şərqdə alovlanan cəmi 10 ay ərzində 2021-2022-ci illərdə bütün dünyada olduğundan daha çox humanitar işçi həlak olub.

Qeyd olunur ki, bu, "Aİ və ABŞ tərəfindən beynəlxalq humanitar hüququn davamlı pozulması, onların ikili standartları və dünya səhnəsində humanitar yardımın siyasiləşdirilməsi” ilə bağlıdır.
 
Bu halda Qərbin "siyasi prioritetləri” böyük rol oynayır, belə ki, onlar İsrailə hərbi dəstək verməkdə davam edir və bu, mülki əhalinin ölümünə səbəb olur.

EUobserver qeyd edir ki, humanitar işçilər arasında ölüm hallarını azaltmaq üçün Aİ və ABŞ beynəlxalq hüququn pozulmasını dayandırmalı və özləri humanitar hüququ pozan ölkələrə hərbi yardımdan imtina etməlidirlər.
 
Öz növbəsində, Qərb mediası, portalın yazdığı kimi, öz materiallarında bu məsələni daha tez-tez qaldırmalıdır, çünki əks halda mülki şəxslərin ölümünə görə məsuliyyət daşıyanlar üçün "cəzasızlıq mədəniyyəti” formalaşacaq.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol