Rusiya dövlət çevrilişi hazırlığı ilə bağlı Serbiyaya xəbərdarlıq edib
Rusiya Serbiya rəhbərliyinə respublikada Qərb ölkələrinin nümayəndələrinin təşkil etdiyi kütləvi iğtişaşlarla bağlı xəbərdarlıq edib
Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç jurnalistlərə Qərbin dövlət çevrilişi etmək məqsədilə respublika ərazisində aksiyalar hazırlaması ilə bağlı sualı cavablandırarkən deyib.
"Bu gün biz Rusiya Federasiyasından rəsmi məlumat aldıq. Məlumat rəsmi kanallar vasitəsilə alınıb, biz bununla məşğul oluruq. Təhlükəsizlik və İnformasiya Agentliyi buna cavabdehdir, həmçinin Serbiya hökumətində və bütün digər yerlərdə bu sahədə ixtisaslaşmış insanlar öz işlərini görürlər”, - Vuçiç bildirib.
"Zorla nəyəsə nail olacaqlarını fantaziya edənlər heç nəyə nail olmayacaqlar. Serbiya yorulmadan irəliləyir və bunu dayandıra bilməzlər. Bir də bunu dayandırmayacaqlar. Bu mənim hamıya mesajımdır və insanlara narahat olmağa ehtiyac yoxdur”, - dövlət başçısı qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər