• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Bakıda növbəti dəfə ümumşəhər iməciliyi keçirilib

Bakıda növbəti dəfə ümumşəhər iməciliyi keçirilib
10.08.2024 13:54
Son vaxtlarda paytaxt Bakıda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində küçə və yol kənarlarında, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi təşkil edilib.Bu barədə BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından eibarən əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb. İməcilik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

BŞİH-in çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, həmçinin ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməclikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar. Eyni zamanda, şəhər sakinləri də bu iməclikdə fəal şəkildə iştirak edərək yaşadıqları mənzillərin pəncərələrini və binaların həyətini təmizləyiblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

"Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir", - deyə məlumatda qeyd olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mingəçevirdə iki məktəblini maşın vurub
Cəmiyyət 20:05
Mingəçevirdə iki məktəblini maşın vurub
Bu ərazidə qaz olmayacaq
Cəmiyyət 19:24
Bu ərazidə qaz olmayacaq
Nazirdən yeni təyinat
Cəmiyyət 19:07
Nazirdən yeni təyinat
“Match TV”nin yayımının dayandırılmasının səbəbi Açıqlandı
Cəmiyyət 18:29
“Match TV”nin yayımının dayandırılmasının səbəbi Açıqlandı
Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 17:42
Bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Mayda müşahidə olunan hava açıqlanıb
Cəmiyyət 17:28
Mayda müşahidə olunan hava açıqlanıb
Sahibkarlar Xankəndində yaşayış binaları tikə biləcək
Cəmiyyət 15:59
Sahibkarlar Xankəndində yaşayış binaları tikə biləcək
İyunun 5-i iş günü bir saat qıısaldıalcaq
Cəmiyyət 15:54
İyunun 5-i iş günü bir saat qıısaldıalcaq
"Toplum TV" işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Cəmiyyət 15:14
"Toplum TV" işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol