• $
  • £

Senada üzən alman idmançıların səhhətində problem yaranıb

Senada üzən alman idmançıların səhhətində problem yaranıb
11.08.2024 11:47
Fransanın Sena çayında açıq suda üzgüçülük üzrə Olimpiya yarışlarına qatılan dörd alman idmançıdan üçünün səhhətində  problemlər yaranıb.Bu barədə DPA agentliyinə Almaniya Olimpiya İdman Konfederasiyasından məlumat verilib.

"Dünən iki almaniyalı üzgüçüyə ürəkbulanma, qusma və ishal şikayətləri ilə ambulator yardım göstərilib. Onlar bu gün xeyli yaxşılaşıblar. Oxşar simptomları olan başqa bir üzgüçü indi kişilərdən ibarət komandanın həkimləri tərəfindən müalicə olunur”, - konfederasiya bildirib.

Qeyd edək ki, əvvəllər bir neçə triatlonçu Senada üzdükdən sonra mənfi nəticələrlə üzləşmişdi. Qazaxıstan nümayəndəsi Yekaterina Şabalina evə qayıtdıqdan sonra özünü pis hiss etdiyini və antimikrob dərmanlar qəbul etməyə başladığını açıqlayıb. Həmçinin belçikalı triatlonçu Kler Mişel Senada üzdükdən sonra xəstəxanaya yerləşdirilmişdi. İsveçli üzgüçü Viktor Yohansson da Sena çayında suyun keyfiyyətinə görə açıq suda üzgüçülük yarışından imtina etmişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol