• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Avropa aviaşirkətləri Yaxın Şərqə uçuşları ləğv etməkdə davam edir

Avropa aviaşirkətləri Yaxın Şərqə uçuşları ləğv etməkdə davam edir
12.08.2024 16:23
Bir sıra Avropa aviaşirkətləri, o cümlədən Lufthansa və Air France, Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar İsrail, İran, Livan və bəzi digər ölkələrə uçuşların növbəti dəfə ləğv edildiyini açıqlayıb.

Lufthansa avqustun 21-i daxil olmaqla İran, Livan və İordaniyanın paytaxtlarına, həmçinin Tel-Əviv və İraqın Ərbilə uçuşlarının ləğv edildiyini açıqlayıb.

Həmçinin bu müddət ərzində aviaşirkətin təyyarələri İran və İraqın hava məkanından uçmayacaq.

İsveçrə Beynəlxalq Hava Yolları da avqustun 21-dək bütün uçuşları ləğv edib, ancaq yalnız Tel-Əviv və Beyruta. Bu müddət ərzində şirkətin təyyarələri İran, İraq və İsrailin hava məkanından istifadə etməyəcək.

"Air France” və "Tranavia France” aviaşirkətləri avqustun 14-dək Beyruta bütün uçuşları ləğv edib.

Hindistanın Air India aviaşirkəti də 11 avqust bazar günü elan etdi ki, "xüsusi bildiriş”ə qədər İsrailə uçuşları bərpa etməyəcək.


Air India əmin edib ki, uçuşları ləğv edilən sərnişinlərə pulu geri qaytaracaq. Nəhayət, şirkət Yaxın Şərqdə təhlükəsizliyi daim qiymətləndirdiyini izah edib..


Bundan əlavə, Latviyanın "airBaltic” aviaşirkəti avqustun 18-dək uçuşların ləğv edildiyini açıqlayıb.


Yayın əvvəlində bu və dünyanın digər aviaşirkətləri Yaxın Şərqin bəzi ölkələrinə orada gərginliyin artması səbəbindən məhdud müddətə bir sıra reysləri ləğv etmək qərarını açıqlamışdı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol