• $
  • £

BP 22 gənci xaricə oxumağa göndərəcək

BP 22 gənci xaricə oxumağa göndərəcək
12.08.2024 16:37
BP Azərbaycanda yüksək ixtisaslı yerli kadrların yetişdirilməsinə dəstək məqsədli sosial sərmayə layihəsinin ikinci mərhələsi çərçivəsində 22 gənc dünyanın aparıcı universitetin göndəriləcək. Bu barədə BP-Azərbaycan vitse prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib. 
 
Bu təhsil layihəsi BP-nin dünya səviyyəli yerli təcrübə və bacarıqlar formalaşdırmaqla ölkənin davamlı gələcəyinə töhfə vermək öhdəliyinin bir hissəsidir.
 
"Layihə iştirakçıları aztəminatlı ailələrdən seçilib. Layihə çərçivəsində onlara qrup və fərdi şəkildə SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlıq təlimləri, həmçinin beynəlxalq tələbələrə tam təqaüd təklif edən universitetlərə müraciət etmək üçün təlimatlandırma daxil olmaqla hərtərəfli dəstək göstərilib",  -  Aslanbəyli bildirib.
 
Onun sözlərinə görə, BP-nin dəstəklədiyi 22 iştirakçıdan 21-i artıq Koç Universiteti, London İmperial Kolleci, Edinburq Universiteti, Corc Vaşinqton Universiteti, Delft Texnologiya Universiteti, Honqkonq Universiteti, Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutu kimi Qərbin və Asiyanın yüksək reytinqli universitetlərinə və digər nüfuzlu ali təhsil müəssisələrinə qəbul olub.
 
İştirakçıların ən çox üstünlük verdikləri ixtisaslara kompüter elmləri və mühəndislik, data elmləri və analitika, bioinformatika və molekulyar biologiya, dayanıqlı enerji sistemləri və ətraf mühit elmləri daxildir.

İndiyədək ali təhsil müəssisələrinə qəbul olmuş 21 iştirakçıdan yeddisi bakalavr, 14-ü isə magistr pilləsi üzrə müraciət edib. 

Layihənin ikinci mərhələsinin uğurunu və gənc istedadların nailiyyətlərini qeyd etmək münasibətilə bu gün keçirilən tədbirdə layihə iştirakçılarına sertifikatlar verilmişdir.

Ümumi dəyəri 100 min manat (59 min ABŞ dolları) olan ikinci mərhələnin müddəti 11 ay (2023-cü ilin oktyabrından 2024-cü ilin avqustuna qədər) idi.
 
Layihə yerli təşkilat olan "ROOF Academic Training” tərəfindən həyata keçirilib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Cəmiyyət 12:59
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Cəmiyyət 12:44
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Bayramlara görə pensiyalar tez ödəniləcək
Cəmiyyət 12:13
Bayramlara görə pensiyalar tez ödəniləcək
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Cəmiyyət 12:01
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Cəmiyyət 11:12
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
ABŞ və İsrailin əməliyyatları səbəbindən İrandan Azərbaycana 1,161 nəfər təxliyə olunub
Cəmiyyət 11:08
ABŞ və İsrailin əməliyyatları səbəbindən İrandan Azərbaycana 1,161 nəfər təxliyə olunub
Beynəlxalq axtarışda olan 2 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 11:04
Beynəlxalq axtarışda olan 2 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Nazirdən direktorlara: Şagird və müəllim arasında etimada əsaslanan ünsiyyət vacibdir
Cəmiyyət 10:04
Nazirdən direktorlara: Şagird və müəllim arasında etimada əsaslanan ünsiyyət vacibdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol