• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

İranlı general Moskvada açıqlamalar verib

İranlı general Moskvada açıqlamalar verib
12.08.2024 16:41
Tehranın İsrail tərəfinin hərəkətlərinə cavabı "ləyaqətli və sərt” olacaq. Briqada generalı, İran Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Qərargahının rəis müavini Əli Şadmani bunu "Ordu-2024” forumu çərçivəsində TASS-a açıqlamasında deyib.


"İranın nöqteyi-nəzərindən, terror qruplaşması [HƏMAS lideri İsmayıl Haniyənin qətli ilə] regionda təhlükəsizlik balansını pozub. İran kimi güclü bir ölkənin cavab verməli olub-olmayacağına dünya əksəriyyəti qərar vermir. İntiqam üsulunu ruhani liderimiz müəyyən edib. Bu asan seçim deyildi”, - deyə Şadmani bildirib.

İranlı generalın sözlərinə görə, "bu vəziyyətə təsir edən iki amil var - regiondakı vəziyyət, ikincisi isə daxili məsələlərə yönəlib. Bütün dövlət xadimləri yekdilliklə bu qənaətə gəliblər ki, cavab ləyaqətli və sərt olmalıdır”.

Şadmani həmçinin bildirib ki, Vaşinqtonun Yaxın Şərqdəki hərəkətləri ABŞ-ın özünün təhlükəsizliyinə təsir edə bilər. "Bizim Birləşmiş Ştatlara mesajımız odur ki, onlar [Yaxın Şərqdəki] bu terrorçu dəstəni dəstəkləməyi dayandırsınlar, çünki bu, təkcə bizim deyil, həm də onların regionunun təhlükəsizliyinə xələl gətirə bilər”, - general bildirib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Dünya 21:46
Türkiyə və Pakistan XİN rəhbərləri İslamabad danışlqlarını müzakirə edib
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya 20:50
Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
Dünya 19:59
Türkiyəli müğənni Yusuf Güney saxlanılıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol