Şolts İran prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Almaniya kansleri Olaf Şolts İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.Bu barədə Almaniya hökumətinin sözçüsü Volfqanq Büxner açıqlama verib.
Məlumata görə, Şolts telefon danışığında Yaxın Şərqdə regional münaqişə təhlükəsindən narahatlığını ifadə edib.
Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşmanın tez bir zamanda bağlanması və həyata keçirilməsinin vacibliyini vurğulayan Şolts bunun regional gərginliyin azaldılmasına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər