• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi başa çatıb

Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi başa çatıb
13.08.2024 14:39
İtaliyanın CESI konsaltinq şirkəti Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını başa çatdırıb. Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Qara dənizin dibi ilə kabel çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırması başa çatıb və ona əsasən Qara dəniz kabelinin həm texniki, həm də iqtisadi cəhətdən məqsədəuyğun olduğu bir daha təsdiqlənib", - məlumatda deyilir.

Tədqiqat həmçinin kabelin optimal imkanlarını, təxmini layihə xərclərini və iqtisadi təhlilini müəyyən etmiş, kabelin suda və quruda çəkilməsi üçün ilkin marşrutlar müəyyən edib. 

Texniki-iqtisadi əsaslandırma Gürcüstanın Dövlət Elektrik Sisteminin sifarişi, İqtisadiyyat Nazirliyinin dəstəyi və Dünya Bankının maliyyə yardımı ilə həyata keçirilib. 
 

Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi Gürcüstan və Avropanın elektrik enerji sistemlərini birləşdirəcək yüksək gərginlikli şəbəkənin tikintisini nəzərdə tutur.
 
Layihənin həyata keçirilməsi Avropa və Qafqazda enerji təhlükəsizliyinin gücləndirilməsinə, bərpa olunan enerji sektorunun inkişafına, həmçinin regionun tranzit imkanlarının artırılmasına kömək edəcək.

2022-ci il dekabrın 17-də Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar.
 
Əldə edilən razılaşma çərçivəsində Black Sea Energy tərəfindən 1 min MVt gücündə və 1195 km uzunluğunda sualtı elektrik kabelinin çəkilməsi gözlənilir.
 
Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya nəql etmək üçün Macarıstana və Avropanın qalan hissəsinə çatdırılacaq. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
Dünya 12:28
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Dünya 11:09
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Türkiyədə daha 14 məşhur saxlanılıb
Dünya 10:11
Türkiyədə daha 14 məşhur saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol