• $
  • £

Ələsgər Məmmədlinin yanına notarius buraxılmır

Ələsgər Məmmədlinin yanına notarius buraxılmır
13.08.2024 16:58
Ələsgər Məmmədli istintaq təcridxanasında dərman qəbul etsə də, qan təzyiqini sabitləşdirmək mümkün olmur. Bu barədə Turan agentliyinə "Toplum” TV-nin təsisçisinin qardaşı Nəsimi Məmmədli bildirib.

"Ələsgərin qapalı məkanda saxlanılması ona bir sıra ciddi problemlər yaradıb. Qalxanabənzər vəz şişi hələ də nəfəs almağı çətinləşdirir", - o deyib.

"Asan İmza" elektron imzası və Ələsgərin şəxsiyyət vəsiqəsi istintaq orqanı tərəfindən götürülüb. Bu, vergi hesabatını təqdim etməyə imkan vermir. Ələsgər yeni "Asan İmza" almaq üçün yaxınlarına etibarnamə verməlidir.

"Lakin cəzaçəkmə yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqları haqqında qanunu pozaraq onun yanına notarius buraxmırlar", -  Nəsimi Məmmədli deyib.

Etibarnamə həm də Ələsgər Məmmədlinin iki övladının ali təhsil xərclərini ödəmək üçün avtomobilini satmasından ötrü lazımdır və ailə maddi çətinlik çəkir.

Həftə ərzində vəkillər Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması üçün yeni vəsatət qaldırmağı planlaşdırırlar.

Martın 6-8-də ‘Toplum’ TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs olunub, iki nəfər polis nəzarətinə verilib.

"Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub.
 
Onun mənzilində axtarış zamanı 7300 avro tapılıb.

İyunun 14-də Xətai məhkəməsi onun özəl klinikada tibbi müayinə olunması barədə vəsatəti təmin edib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Sabah Bakıya yağış yağacaq
Cəmiyyət 13:04
Sabah Bakıya yağış yağacaq
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Cəmiyyət 12:53
Dünən keçirilmiş buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Cəmiyyət 12:41
Ötən həftə 2052,5 hektar ərazi minalardan təmizlənib
Bakıda daha iki ərazidə yollar təmir edilib
Cəmiyyət 12:31
Bakıda daha iki ərazidə yollar təmir edilib
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Cəmiyyət 12:31
Deputat audit yoxlamalarla bağlı təkliflər verib
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
Cəmiyyət 11:24
Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır
DİN: İki gündə 83 cinayətin üstü açılıb
Cəmiyyət 10:16
DİN: İki gündə 83 cinayətin üstü açılıb

Xəzərdə zəlzələ olub
Cəmiyyət 09:20
Xəzərdə zəlzələ olub


MN: Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 09:11
MN: Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol