• $
  • £

Kamal Kılıçdaroğlu azərbaycanlı jurnalistin deportasiyasına münasibət bildirdi

Kamal Kılıçdaroğlu azərbaycanlı jurnalistin deportasiyasına münasibət bildirdi
07.02.2014 16:47
 Türkiyənin ana müxalifət lideri Kamal Kılıçdaroğlu “Todays Zaman” qəzetinin azərbaycanlı redaktoru Mahir Zeynalovun ölkədən deportasiyasına münasibət bildirib. APA-nın xəbərinə görə, jurnalistlərin suallarını cavablandıran K. Kılıçdaroğlu baş nazir Rəcəb Tayyib Ərdoğan haqqında sərt ifadələr işlədib. Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri bildirib ki, hər siyasətçinin tənqidə ehtiyacı var: “Bir jurnalist “twit” atdı deyə ölkədən çıxarılırsa, bu, həmin qəzetin və jurnalistin gücünü, onu ölkədən çıxaran siyasətçinin isə zəifliyini göstərir. Medianın xalq adından sual vermək hüququ var. Baş nazir özünə yaxın media ordusu formalaşdırmaq istəyir, bu, yolverilməzdir”.  İnternet üzərində nəzarət tətbiq edilməsi barədə qanunu şərh edən partiya lideri deyib ki, heç bir qadağa uzun sürə bilməz: “İstədikləri qadağaları tətbiq etsinlər, millət bu yasaqları qıracaq. Heç bir yasaq sürəkli olmayıb, Kənan Evren cəhd etdi, olmadı. Rütbəsiz diktator yasaq gətirməyə çalışır, bu da olmayacaq”. Baş nazir Ərdoğanın rəy sorğularının nəticələrinə müdaxilə etməsi ilə bağlı gizli telefon danışıqlarının üzə çıxmasına toxunan K. Kılıçdaroğlu hesab edir ki, bu qədər qalmaqaldan sonra R. T. Ərdoğan baş nazir kreslosunda oturmamalıdır: “Bir baş nazir mediaya, sorğuların nəticələrinə müdaxilə edir. Rəcəb Tayyib Ərdoğan o kresloda oturmamalıdır. Oturursa, deməli, riyakardır. İnsan bir az utanar, özü, oğlu, nazirləri bu işlərin içindədir. Əxlaqsızlığı cəmiyyətdə hökmran etmək istəyən bir baş nazir o kresloda oturmamalıdır. Dünənə qədər diktatordan bəhs edirdim, indi saxtakar bir diktatordan bəhs edirəm. Bu saxtakar diktatorun milləti idarə etməsini həzm edə bilmirəm”.  ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:24
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Siyasət 18:35
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 18:05
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
İlham Əliyev Qırğızıstana səfər edəcək
Siyasət 14:44
İlham Əliyev Qırğızıstana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol