• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Generalın oğlunun 60 minlik nömrə qalmaqalı

Generalın oğlunun 60 minlik nömrə qalmaqalı
07.02.2014 15:32
Daxili İşlər nazirinin sabiq müavini, hazırda həbsdə olan general-mayor Zakir Nəsirovun oğlu Seymur Nəsirov barədə ilginc məlumatlar yayılıb. AzNews.az-a daxil olan məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat şöbəsinin inspektoru vəzifəsində çalışan Seymur Nəsirov ciddi problemlə üzləşib. Buna səbəb onun bir müddət əvvəl 60 min manata avtomobil nömrəsi satması faktının üzə çıxması olub. Məlum olub ki, o, həmin nömrəni (Nömrə bizə məlum olsa da, onu yaymağı məqsədə müvafiq hesab etmirik) belə fantastik qiymətə satması barədə rəhbərliyə xəbər verməyib. Məsələnin üstü açılandan sonra isə o, işə buraxılmayıb və vəzifəsindən çıxarıldığı bildirilib. Lakin Daxili İşlər naziri Ramil Usubovun göstərişi ilə o, yenidən vəzifəsini icra etməyə başlayıb. Xəbərdə qeyd edilir ki, Nəsirov vəzifəsinə qayıtsa da, ona əvvəlki kimi etimad göstərilmir. Qeyd edək ki, şöbədə ən bahalı avtomobil nömrə nişanlarının satılmasının məhz S. Nəsirova həvalə olunması barədə məlumatlar var. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Cəmiyyət 22:34
BMT: Qəzzada Nasser xəstəxanasına hücumda 20 nəfər, o cümlədən 5 jurnalist öldürülüb
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Cəmiyyət 20:00
Cəlilabadda 5 avtomobil toqquşub - Xəsarət alanlar var
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Cəmiyyət 19:19
Təcili tibbi yardım avtomobilində bir gündə 3 körpə doğulub
Bakının bu rayonunda qaz kəsiləcək
Cəmiyyət 19:13
Bakının bu rayonunda qaz kəsiləcək
Bakıda süni göldə uşaq batıb
Cəmiyyət 18:40
Bakıda süni göldə uşaq batıb
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
Cəmiyyət 18:28
57 236 nəfər ali təhsil müəssisələrinə qəbul olunub - DİM
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Cəmiyyət 18:11
“Qarabağ”ın oyununa görə metroda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Bu ərazidə su olmayavaq
Cəmiyyət 18:05
Bu ərazidə su olmayavaq
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Cəmiyyət 17:52
Tələbə kredit fondu yeni qaydalar müəyyən edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol