• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Dohada Qəzza zolağında atəşkəslə bağlı danışıqlar başlayıb

Dohada Qəzza zolağında atəşkəslə bağlı danışıqlar başlayıb
15.08.2024 15:51
Dohada Misir, Qətər, ABŞ və İsrail nümayəndələrinin iştirakı ilə Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi ilə bağlı məsləhətləşmələr başlayıb. Bu barədə Sky News Arabia məlumat yayıb.

Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin iştirakı ilə bağlı məlumat verilmir. 
 
Avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayaraq, İsrail və HƏMAS-ı avqustun 15-də Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar. Vasitəçilər həmçinin ABŞ prezidenti Co Baydenin irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını açıqlayıblar. HƏMAS hərəkatı avqustun 11-də vasitəçiləri Qəzzada atəşkəs razılaşmasının həyata keçirilməsi üçün konkret plan təqdim etməyə və İsraili onu yerinə yetirməyə məcbur etməyə çağırıb.




Həmas nümayəndələri dəfələrlə hərəkatın nümayəndə heyətinin Dohada keçiriləcək danışıqlarda iştirak etməyəcəyini bəyan ediblər. Məsləhətləşmələr ərəfəsində ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib ki, Qətər ABŞ-ı HƏMAS nümayəndələrinin hələ də iştirak edəcəyinə əmin edib. Reuters mənbələrinin məlumatına görə, vasitəçilər danışıqların yeni raundundan sonra Həmas ilə məsləhətləşmələr aparmağı gözləyirlər. 

 
Aytac 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
Dünya 12:28
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Dünya 11:09
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Türkiyədə daha 14 məşhur saxlanılıb
Dünya 10:11
Türkiyədə daha 14 məşhur saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol