• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Rusiya Avropa Şurasının Milli Azlıqların Müdafiəsi Konvensiyasından çıxıb

Rusiya Avropa Şurasının Milli Azlıqların Müdafiəsi Konvensiyasından çıxıb
15.08.2024 16:12
Rusiyada Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası avqustun 1-də fəaliyyətini dayandırıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi məlumatı hüquqi informasiya saytında yerləşdirilib.

Sənəd 1996-cı ilin fevralında Strasburqda imzalanıb. Ötən ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına konvensiyanın denonsasiyasını təklif edən federal qanun layihəsi təqdim edib.

Qərara əsas kimi qeyd olunub ki, Avropa Şurası Nazirlər Komitəsinin 27 sentyabr 2022-ci il tarixli qətnaməsi müqavilənin iştirakçısı olan dövlətlər tərəfindən icrasına nəzarət üzrə Məşvərət Komitəsində rusiyalı ekspertin səlahiyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Oktyabrda dövlət başçısı müvafiq qanunu imzalayıb.

Konvensiya etnik qrupların ayrı-seçkilikdən qorunması üçün ümumi məqsəd və prinsipləri ehtiva edir. Bunlara mədəniyyətin, dinin, dilin və adət-ənənələrin qorunub saxlanmasının təşviqi, ifadə azadlığının təmin edilməsi, azlıqların iqtisadi, mədəni və sosial həyatda iştirakı, məcburi assimilyasiyanın qadağan edilməsi daxildir.

Avropa Şurası 1949-cu ildə əsası qoyulmuş qitənin ən qədim hökumətlərarası təşkilatıdır. İnsan hüquqları və demokratik inkişaf sahəsində əməkdaşlıq etmək məqsədi daşıyır. Rusiya 1996-cı ildə Avropa Şurasına üzv olub.

2022-ci ilin martında Rusiya qoşunlarının Ukraynanı işğal etməsindən sonra Rusiya Xarici İşlər Nazirliyi ölkənin təşkilatdan çıxdığını elan edib. Moskvanın Şurada iştirakı rəsmi olaraq 2023-cü ilin yanvarında dayandırılıb.
 
Aytac 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
Dünya 12:28
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Dünya 11:09
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Türkiyədə daha 14 məşhur saxlanılıb
Dünya 10:11
Türkiyədə daha 14 məşhur saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol