• $
  • £

Xaricdəki azərbaycanlı alimlərin Qarabağ Universitetinə cəlb olunması planlaşdırılır

Xaricdəki azərbaycanlı alimlərin Qarabağ Universitetinə cəlb olunması planlaşdırılır
16.08.2024 11:26
Xaricdə yaşayan azərbaycanli alimlərin Qarabağ Universitetinə cəlb olunması istiqamətində danışıqlar aparılır. Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində bildirib. 
 

"Xaricdə yaşayan azərbaycanlı alimlərin universitetimizə gələrək həm tədris prosesinə, həm elmi prosesə dəstək göstərmələri ilə bağlı işlər həyata keçirilir. Şübhə yoxdur ki, Qarabağ Universitetinin fəaliyyətində xaricdə yaşayan azərbaycanlılarımızın iştirakı, onların dəstəyindən faydalanmaq nəzərə alacağımız əsas məsələlərdən biri kimi bütün dövrlərdə universitetimizin gündəliyində olacaq", - rektor söyləyib. 
 
Qarabağ Universitetində təhsil iki dildə aparılacaq.

Bir necə gün öncə Qarabağ Univrsitetinin rektoru bildirib ki, sentyabrdan etibarən 1120 tələbənin bu universitetdə təhsil almaq imkanı olacaq. 
 
Bundan əvvəl elm və təhsil naziri Qarabağ Universitetinin yeni görüntülərini paylaşaraq bildirib ki, Qarabağ Universiteti ölkənin elm və təhsil mərkəzinə çevriləcək. 
 
Fevralın 15-də Prezidentin ehtiyyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.

İlk illərdə Qarabağ Universitetində tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Cəmiyyət 12:59
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Cəmiyyət 12:44
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Bayramlara görə pensiyalar tez ödəniləcək
Cəmiyyət 12:13
Bayramlara görə pensiyalar tez ödəniləcək
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Cəmiyyət 12:01
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Cəmiyyət 11:12
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
ABŞ və İsrailin əməliyyatları səbəbindən İrandan Azərbaycana 1,161 nəfər təxliyə olunub
Cəmiyyət 11:08
ABŞ və İsrailin əməliyyatları səbəbindən İrandan Azərbaycana 1,161 nəfər təxliyə olunub
Beynəlxalq axtarışda olan 2 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Cəmiyyət 11:04
Beynəlxalq axtarışda olan 2 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Nazirdən direktorlara: Şagird və müəllim arasında etimada əsaslanan ünsiyyət vacibdir
Cəmiyyət 10:04
Nazirdən direktorlara: Şagird və müəllim arasında etimada əsaslanan ünsiyyət vacibdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol