"Crocus" terrorçularının işi ilə bağlı yeni qərar verilib
Rusiyanın Krasnoqorsk şəhərində "Crocus City Hall" konsert salonuna hücumda iştirak edən dörd nəfərlə bağlı yeni qərar verilib.Bu barədə Moskvanın Basmannı məhkəməsindən xəbər verilib.
Bildirilib ki, iclas qapalı rejimdə keçirilib. Məhkəmə istintaqın vəsatətini təmin edərək Dalerjon Mirzoyev, Saidakram Raçabalizoda, Şamsidin Fariduni və Muhammadsobir Fayzovun həbs müddətini 22 noyabra qədər uzadıb. Müttəhimlərin dördü də terror aktının bilavasitə icraçılarıdır. Onların həbs müddəti avqustun 22-də başa çatırdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər