• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Türkiyədə yanğınlarla bağlı 3 mindən çox sakin təxliyə olunub

Türkiyədə yanğınlarla bağlı 3 mindən çox sakin təxliyə olunub
17.08.2024 14:06
Türkiyədə bir neçə gündür davam edən meşə yanğınları ilə əlaqədar əhali təhlükəli ərazilərdən təxliyə edilir.Bu barədə "Milliyet” məlumat yayıb.

Bildirilir ki, ehtiyat tədbiri olaraq İzmir, Aydın, Bolu, Muğla və Manisada ümumilikdə 3583 nəfər təhlükəsiz bölgələrə təxliyə edilib.

Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, ölkə ərazisində son bir həftədə 131 kənd təsərrüfatı sahəsi və meşədə yanğın baş verib. Mümkün insan tələfatının qarşısını almaq üçün yanğınlara yaxın yaşayış məntəqələrində yaşayan vətəndaşlar təhlükəsiz ərazilərə təxliyə edilir.

Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı İzmirdə yanğınlarla bağlı son vəziyyəti açıqlayıb. Nazir bildirib ki, 72 yanğından 69-u nəzarətə götürülüb: "Hazırda 6 aktiv yanğın var. İzmirin Yamanlar ərazisindəki yanğın azalıb. Ümumilikdə İzmirdə yanğından zərər görən sahə 1600 hektardır. 2 təyyarə və 11 helikopterlə müdaxilə davam edir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
Dünya 20:20
Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırıb
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər
Dünya 18:08
İran və ABŞ arasında danışıqlar aprelin 11-də keçirilə bilər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
Dünya 12:28
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Dünya 11:09
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Türkiyədə daha 14 məşhur saxlanılıb
Dünya 10:11
Türkiyədə daha 14 məşhur saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol