“Mediasiya haqqında Azərbaycan Respublikası Qanun” nədir?
"Mediasiya haqqnda Azərbaycan Respublikası Qanun”una əsasən Mediasiya – mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses hesab olunur.
Qanunun əmək mübahisələrinə dair hissəsi ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində də belə bir hüquq norması var. Lakin ən azından 25 ildir ki, praktikada qeyd olunan hüquq norması kimi tədbiq olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsində Kollektiv əmək mübahisəsinin həll edilməsi üçün bir sıra barışdırıcı üsullardan istifadə oluna bilər.
Bura razılaşdırıcı komissiyanın yaradılması, vasitəçinin müəyyən edilməsi və əmək arbitrajı daxildir.
Tərəflər bu üsullardan birindən və ya hamısından, yaxud mübahisənin daha tez həllinə səbəb ola biləcək digər üsuldan istifadə edilməsi barədə öz aralarında razılığa gələ bilərlər. Əldə edilmiş razılıq protokolla rəsmiləşdirilir.Tərəflərin nümayəndələri, razılaşdırıcı komissiya, vasitəçi, əmək arbitrajı kollektiv əmək mübahisəsinin tez və ədalətlə həlli üçün bütün imkanlardan istifadə etməyə borcludur. Zəruri hallarda kollektiv əmək mübahisəsinin həllinin barışdırıcı üsullarından istifadə olunması üçün bu Məcəllə ilə müəyyən edilmiş müvafiq müddətlər tərəflərin razılığı ilə uzadıla bilər.
Hazırda "Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu” qüvvəyə minib və əmək münasibətlərində eyni məna daşıyır. Lakin Məcəllədə olan normadan fərqli olaraq adı çəkilən qanunda olan bu norma imperativ olmaqla məcburidir.
Bir fakt da var ki, işçilər məhkəməyə əmək mübahisələri ilə əlaqədar iddia ərizəsi verərkən Dövlət rüsumundan azad olunurlar. Yəni, dövlət tərəfindən işilərə belə bir güzəşt və ya imtiyaz təyin olunur. Lakin "Mediasiya haqqnda Azərbycan Qanun”unda əmək mübahisələri ilə bağlı belə bir güzəşt yoxdur.
İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə, haqqın və digər xərclərin məbləği haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı il təsdiq edilən, İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq aşağıdakı məbləğlərdə müəyyən edilir.
|
Sıra №-si |
Mübahisənin növü |
Haqqın məbləği |
|
1. |
Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə |
50 manat |
|
2. |
Əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə |
50 manat |
|
3. |
Kommersiya mübahisələriüzrə |
|
|
3.1. |
iddia qiyməti 500 manatadək olduqda |
20 manat |
|
3.2. |
iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda |
40 manat |
|
3.3. |
iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda |
60 manat |
|
3.4. |
iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda |
100 manat |
|
3.5. |
iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda |
200 manat |
|
3.6. |
iddia qiyməti 50000 manatdan çox olduqda |
400 manat |
İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.
Bu isə o deməkdir ki, məhkəmədən fərqli olaraq mediasiyaya müraciət edən hər bir işçi ən azı 60 manat pul ödəməlidir.
"Mediasiya haqqnda Azərbycan Republikası Qanun” əmək münasibətlərində müsbət mənada heç bir irəliləyişə səbəb olmayıb və olmayacaq. Əksinə işçilər üçün əlavə vaxt, əziyyət və xərcə səbəb olacaq.
Əgər Əmək mübahisəsitərəflərinin könüllü iradəsi olarsa, bunun üçün əlavə mediasiyaya ehtiyac yoxdur. Belə ki, bu mübahisələr tərəflər arasında həm məhkəməyə qədər, həm də məhkəmə prosesində də həll oluna bilər. Bunun üçün əsas şərt tərəflərin iradəsi, könüllü razılığı və barışıq mövqeyində olmasıdır.
"Mediasiya haqqnda Azərbycan Respublikasının Qanun”u işçilər üçün bir sıra problemlər yaradır.
· 60 manat əlavə Medisiya xərci
·Mediasiya sənədlərini, Mediasiya təklifi, Mediasiya ərizəsi və digər sənədlərin tərtibi üçün hüquqşünas və ya Vəkilə əlavə ödəniş.
·Poct xərcləri
·Kargüzarlıq xərcləri
·Məhkəmə prosesinin ən azı 1 ay uzanması.
·Əksr hallarda İşəgötürənlərin mediasiya prosesində iştirak etməməsi, praktika təsdiq edir.
·Mediasiyada heç bir razılığa gəlnməməsi, praktika da bunu təsdiq edir.
·Medisiya iclasında iştirakala bağlı, Mediasiya arayışının alınması və sair əlavə vaxt itkisi və sair.
·Mediasiya arayışının formal olaraq məhkəməyə təqdim edilməsindən başqa, hər hansı bir hüquqi nəticə daşımaması.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı" İctimai Birliyi tərəfindən "Əmək münasibətlərində şəffaflığın təmin edilməsində əmək müqaviləsinin əhəmiyyəti” layihəsi çərçivəsində hazılanıb.
www.anews.az