Müddətli və müddətsiz əmək müqavilələri nə ilə seçilir?

Hər bir şəxsə məlumdur ki, arzu edilməz işçi ilə əmək müqaviləsinin ləğv edilməsinin ən asan və problemsiz yolu - onunla MÜDDƏTLİ Əmək müqaviləsinin bağlanmasıdır.
Müddətli Əmək müqaviləsi bağlamış işçilərdə
MÜDDƏT 5 ili keçdikdə, HƏMİN MÜQAVİLƏ - müddətsiz Əmək müqaviləsi olur və artıq
bu əsasla həmin işçini işdən azad etmək mümkün olmur. İşçilərin bir çoxu da əmək
müqaviləsinin yenidən müddətli müqavilə ilə əvəz edilməsi ilə razılaşmırlar.
Bu halda çox asan və sadə 2 yoldan istifadə etməklə
- təzyiq, hədə qorxu, aldatma, qarşılıqlı razılıq və s işçilərlə YENİDƏN
MÜDDƏTLİ ƏMƏK müqaviləsi bağlanılmasına nail olunur.
Birinci halda - 5 ili tamam olan işçinin müəyyən
razılaşma əsasında müddətli Əmək müqaviləsi ləğv edilir, qısa bir müddət, 1-2
gün keçdikdən sonra həmin işçi ilə yenidən Əmək müqaviləsi bağlanılır. Beləliklə,
işçi ilə yeni əmək müqaviləsi bağlamaqla Müddətli Əmək müqaviləsi yenidən bərpa
olunur.
İkinci halda - İŞÇİNİN VƏZİFƏ VƏ YA PEŞƏ adının dəyişdirilməsi
adı altında formal yeni Əmək müqaviləsi bağlanılır və bu zaman Əmək müqaviləsində
İŞÇİ İLƏ MÜDDƏTSİZ əmək müqaviləsi bağlanması GÖSTƏRİLMİR. Beləliklə də, işçi
ilə bu ad altında bağlanan Əmək müqaviləsində süni yollarla yenidən müddətli Əmək
müqaviləsi bərpa olunur.
Hal hazırda da 5 ili tamam olanmüddətsiz əmək
müqaviləsinə keçmiş çoxlu sayda işçi ilə, vəzifə və peşəsinin adının dəyişdirilməsi
və formal müqavilə dəyişikliyi adı altında, 5 il TAMAM OLMAQLA MÜDDƏTSİZ ƏMƏK
müqaviləsi ilə işləyən İŞÇİLƏRİN, YENİ ƏMƏK MÜQAVİLƏSİNDƏ - ƏMƏK MÜQAVİLƏSİNİN
MÜDDƏTSİZ OLMASI GÖSTƏRİLMƏMİŞ VƏ MÜDDƏTLİ ƏMƏK k MÜQAVİLƏSİ KİMİ RƏSMİLIŞDİRİLİB.
Beləliklə, qeyd etdiyimiz hər 2 halda işçilərlə
bağlanmış Əmək müqavilələri çox asan və sadə yollarla müddətli Əmək müqavilələrinə
keçirilir və Əmək Məcəlləsinin tələbləri açıq və ya dolayı yollarla pozulur.
Qeyd olunan bu və ya digər hallarda işçilərin
AR-nın Əmək Məcəlləsində göstərilən bu və hüquqlarını bilmələri və bu tələblərə
əməl etmələri onlar üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki:
1. Əvvəllər çalışdıqları vəzifə və ya peşələrin adlarının dəyişdirilməsi adı altında belə, öz əvvəlki Əmək müqavilələrində olan şərtlərin tam saxlanılmasını tələb etmək, xüsusən də artıq 5 ili tamam olmaqla MÜDDƏTLİ ƏMƏK MÜQAVİLƏSİNDƏN - MÜDDƏTSİZ ƏMƏK müqaviləsinə keçmiş işçilərdə, yeni əmək müqaviləsində, müqavilənin ikinci bəndində müddətsiz əmək müqaviləsi şərtinin mütləq yazılmasına nail olmaq.
Belə ki:
2. Əmək Məcəlləsinə əsasən-müddətli əmək müqaviləsi
fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, MÜDDƏTSİZ ƏMƏK müqaviləsi
hesab edilir.
3.Əmək müqaviləsi 2 nüsxədən az olmayaraq
tərtib olunur, tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi
işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
4. Əmək müqaviləsinin hər 2 nüsxəsi, hər
iki tərəfdən imzalanmalı və bu müqavilənin bir nüsxəsi sonradan deyil (müəyyən əlavələr
və ya düzəlişlər edilməməsi üçün), imzaladığı anda işçiyə verilməlidir.
5. Əmək müqaviləsinin məzmunu, quruluşu
qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən
edilir.
6. Əmək müqaviləsində mütləq aşağıdakı və
digər şərtlər və məlumatlar göstərilməli və tam şəkildə doldurulmalıdır, xüsusən
də aşağıdakı hissəsində: işçinin iş yeri, vəzifəsi (peşəsi); ƏMƏK MÜQAVİLƏSİNİN
MÜDDƏTİ; işçinin əmək funksiyası; İŞİNİN ƏMƏK şəraitinin şərtləri — İŞ VƏ
İSTİRAHƏT VAXTI, ƏMƏK HAQQI VƏ ONA ƏLAVƏLƏR, ƏMƏK məzuniyyətinin müddəti, əməyin
mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması və
sair.
7. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək
münasibətlərinə xitam verilənədək: Əmək Məcəlləsi və digər normativ hüquqi
aktlarla işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla
bilməz.
8. Əmək Məcəlləsində başqa hal nəzərdə
tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
9. İstər işçilər, istərsə işəgötürənlər,
istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi və ya əmək qanunvericiliyi
sisteminə daxil olan digər normativ hüquqi aktlarınq pozulmasına görə: maddi,
intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
10. Şübhəsiz ki, fərdi əmək mübahisələri zamanı qeyd olunan hallara: Həmkarlar ittifaqları təşkilatının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və məhkəmə orqanlarının diqqət yetirməsi və işçilərin hüquqlarının bərpa edilməsi də mühüm əhəmiyyət kəsb edir.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı" İctimai Birliyi tərəfindən "Əmək münasibətlərində şəffaflığın təmin edilməsində əmək müqaviləsinin əhəmiyyəti” layihəsi çərçivəsində hazılanıb
www.anews.az