Livan İsraili BMT Təhlükəsizlik Şurasına şikayət edib
Livanın BMT Təhlükəsizlik Şurasındakı Daimi Nümayəndəliyi İsrail hərbi təyyarələrinin mütəmadi olaraq ölkənin bütün ərazilərində, xüsusən də Beyrut üzərində səs səddini aşması ilə əlaqədar şikayət edib. Bu barədə Livanın "Al Wataniya" agentliyi məlumat yayıb.
Məlumata görə, şikayət xarici işlər naziri Abdullah Bu Həbibdən müvafiq göstəriş aldıqdan sonra BMT Təhlükəsizlik Şurasına göndərilib.
Təhlükəsizlik Şurasına göndərilən sənəddə Livan tərəfi İsrailin Livanın hava sərhədlərini və müvafiq olaraq suverenliyini kobud şəkildə pozmasını pisləyib. Ərəb Respublikası həmçinin İsraili ittiham edib ki, onun təyyarələrinin bu cür hərəkətləri mülki əhalini, xüsusən də uşaqlar kimi ən həssas kateqoriyalı vətəndaşları qorxutmaq məqsədi daşıyır və bununla da beynəlxalq humanitar hüququ pozur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər