Məşhur "erməni konyak"ı saxta imiş
Rusiyada satılan Ermənistanda istehsal edilən konyaklarınn demək olar ki, 90%-i təhlükəlidir. Bu barədə "Anti-Saxtakarlıq” beynəlxalq assosiasiyası və Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının araşdırmasında deyilir.
Tədqiqat üçün ən böyük erməni istehsalçılarına məxsus 20-dən çox brenddən 200 konyak nümunəsi seçilib. Təhlil Ümumrusiya Pivəçilik, Alkoqolsuz və Şərab Sənayesi Elmi-Tədqiqat İnstitutunun müstəqil laboratoriyası tərəfindən aparılıb.
177 nümunədə müxtəlif qarışıqlar aşkar edilib. Üzüm mənşəli olmayan spirtlər, demək olar ki, araşdırılan nümunələrin yarısında aşkar edilib. "Üzüm mənşəli spirtlər içkini konyaka çevirən əsas inqridientdir", - tədqiqatın rəyində bildirilib.
Nəticədə, yalnız 23 nümunənin GOST və Rusiya qanunvericiliyin tələblərinə tam uyğun olduğu bəlli olub.
TASS xəbər verir ki, yoxlamanın nəticələrinə əsasən, Saxtakarlığa Qarşı Mübarizə Assosiasiyası Baş Prokurorluğa, Federal Gömrük Xidmətinə və Rosalkoqoltabakcontrol-a Ermənistandan idxal olunan alkoqollu məhsullara əlavə nəzarət tədbirlərinin tətbiqi xahişi ilə müraciətlər göndərib.
Bundan əvvəl məlum olub ki, Rusiyaya idxal olunan alkoqolun həcmi 48 milyon desilitri keçib. Ölkəyə idxal 2% artıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər