Rusiyanın Çindən qaz kəməri çəkmək arzusu ürəyində qalıb
Monqolustan Rusiyanın Çinə qaz nəqli üçün öz ərazisindən çəkməyi planlaşdırdığı "Sibirin Gücü-2” qaz kəmərini 2028-ci ilə qədər milli inkişaf planına daxil etməyib. Bu barədə The South China Morning Post məlumat yayıb.
Nəşr qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Çin prezidenti Si Tszinpinlə görüşdə tikintisini təşviq etdiyi kəmərin tikintisi ən azı yaxın bir neçə ildə baş tutmayacaq.
"Biz uzun fasiləyə giririk, çünki Moskva artıq Pekindən istədiyi razılaşmanı ala biləcəyinə inanmır və çox güman ki, layihəni daha yaxşı vaxtlara qədər dayandıracaq", Monqolustanın Milli Təhlükəsizlik şurasının sabiq məmuru Monkhnaran Bayarlkhagva bildirib.
Öz növbəsində ekspertlər bu pauzanı Pekin və Moskva arasında qiymət fərqləri, habelə geosiyasi amillərlə, xüsusən də Rusiyanın Ukraynadakı hərbi səylərinin asanlaşdırılmasında iştirak edənlərə qarşı Qərb ölkələrinin tətbiq etdiyi ikinci dərəcəli sanksiyalarla əlaqələndirirlər.
"Monqolustan Çin və Rusiyadan investisiya almağa ümid edir, lakin Rusiyanın pulu yoxdur, Çin isə boru kəmərini çəkməyə tələsmir", - Belə ki, Şanxay Sosial Elmlər Akademiyasının Rusiya və Mərkəzi Asiya üzrə mütəxəssisi Li Lifan qeyd edib.
Monqolustan uzunluğu 2594 km olan boru kəməri böyük hissəsinin ödəyəcək. Odur ki, bu ölkənin kəmərin tikintisi və daşıma tarifləri üzrə danışıqlarda iştirakı vacibdir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər