• $
  • £

Lənkəranda işçi "WhatsApp" yazışmasının qurbanı olub

Lənkəranda işçi
20.08.2024 11:15
Dövlət qurumlarından birinin Lənkəran rayonunda yerləşən regional mərkəzinin rəhbəri öz işçisi Asif Ramazanovdan xüsusi ittiham qaydasında məhkəməyə şikayət edərək Azərbaycan Respublikası Cinayət məcəlləsinin böhtan və təhqir nəzərdə tutan 148-ci maddələrinə əsasən cəzalandırılmasını tələb edib. Bu barədə Qafqazinfo məlumat yayıb. 

Vəzifəli şəxs öz işçisinin onun barəsində vatsapda təhqiramiz ifadələr işlətdiyini, fotosunu ədəbsiz formada montaj edərək "… müəllim anqırır”, "kiss my … … müəllim” kimi ifadələr yazaraq paylaşdığını  bildirib.

"Asif əvvəllər baş mühəndis işləyib, sonradan hansısa problemi olduğu üçün aşağı vəzifəyə keçirilib. Daha sonra gecə saat 23:30-da qurumun Bakıdakı rəhbər şəxsinin telefonuna vatsapla səs atdığı üçün ona iradımı bildirdim. Belə ki, xidmət rəisi mənimlə əlaqə saxlayaraq həmin hadisəyə görə mənə iradını bildirdi, mən də öz növbəmdə Asifi çağıraraq ona irad tutdum. Bundan sonra Asifi vatsapda blokladım. Bu səbəbdən mənim barəmdə etdiyi əvvəlki paylaşımları görməmişəm. Amma əvvəllər də telefonu vasitəsilə bu tip paylaşımlar edib. Sonra G.Kərimova adlı işçi mənə dedi ki, "utanırıq, Asifin qarşısını alın, o, barənizdə pis şeylər, görüntülər paylaşır”,  -  şikayətçi bildirib.
 
Araşdırmalar zamanı məlum olub ki, həmin paylaşımlardan sonra Asif Ramazanov işdən çıxarılıb. O, ifadəsində müdirinin fotolarını paylaşdığını etiraf edib, lakin şəkillərin üstündəki yazıların özü tərəfindən yazılmadığını, onu cəzalandırmaq üçün təşkil edildiyini deyib.

Lənkəran Rayon Məhkəməsi Asif Ramazanovun təhqir maddəsi üzrə cəzalandırılması barədə qərar verərək onu 1000 manat məbləğində cərimə edib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Maştağada gölün qanunsuz doldurulması faktı araşdırılıb
Cəmiyyət 14:39
Maştağada gölün qanunsuz doldurulması faktı araşdırılıb

Bakıda oteldə anasını öldürən oğlana hökm oxunub
Cəmiyyət 13:58
Bakıda oteldə anasını öldürən oğlana hökm oxunub
MEDİA regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb
Cəmiyyət 13:36
MEDİA regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Cəmiyyət 12:59
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Cəmiyyət 12:44
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Bayramlara görə pensiyalar tez ödəniləcək
Cəmiyyət 12:13
Bayramlara görə pensiyalar tez ödəniləcək
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Cəmiyyət 12:01
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Cəmiyyət 11:12
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol