İran səfiri Almaniya XİN-ə çağırılıb
İranın Almaniyadakı səfiri İran hökumətinin Tehrandakı səfirliyində Alman Dili Tədqiqatları İnstitutunu bağlamaq qərarı ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.Bu barədə jurnalistlərə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
"Biz İranın təhlükəsizlik orqanlarının Tehrandakı Alman Dilinin Öyrənilməsi İnstitutuna qarşı hərəkətlərini pisləyirik.İnstitutun işçiləri öz işlərinə çox sadiqdirlər, bu da İran və Almaniyadakı insanlar arasında əlaqələri gücləndirməyə yönəlib ", - deyə Almaniya Xarici İşlər Nazirliyi qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər