Ermənistan klubunun avrokubok matçında stadionun işıqları sönüb - Video
UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Noah" (Ermənistan) - "Rujomberok” (Slovakiya) görüşündə elektrik enerjisində yaranan problemə görə fasilə yaranıb.
Abovyan şəhər stadionunda baş tutan matçın 68-ci dəqiqəsində işıqlar sönüb və hər tərəf qaranlığa bürünüb.
Təxminən 20 dəqiqəlik fasilədən sonra qarşılaşma qaldığı yerdən bərpa olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər