10 ildən sonra milyonlarla insana beyin implantasiyası qoyulacaq - Mask
10 ildən sonra Neuralink implantları milyonlarla insanın beyninə yerləşdiriləcək. Bunu öz "X" hesabında İlon Mask yazıb.
Mask qeyd edib ki, əgər hər şey plana uyğun inkişaf edərsə, o zaman yaxın beş ildə Neuralink-i yüzlərlə, sonra bir neçə on minlərlə, sonra isə milyonlarla istifadəçi quraşdıracaq.
Neuralink insanın beyninə yerləşdirilən və kompüter və ya smartfonla birbaşa əlaqə saxlamağa imkan verən çipdir. Bu implantın quraşdırılması üçün ilk əməliyyat 2024-cü ilin yanvarında xüsusi robot vasitəsilə həyata keçirilib. Robot cərrahi yolla beyin-kompüter interfeysini beynin bədən hissələrinin hərəkətlərini idarə edən hissəsinə yerləşdirib.
2024-cü ilin martında yeddi il öncə iflic olan ilk Neuralink implant xəstəsi Nolan Arbaugh, yalnız ağıl gücündən istifadə edərək şahmat oynamağı nümayiş etdirib.
Avqustun 5-də Mask Neuralink implantı olan ikinci xəstə haqqında danışaraq, bu insanın beynində 400 elektrodun işlədiyini qeyd edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər