• $
  • £

Akif Çovdarova qarşı yeni iddia qaldırılıb

Akif Çovdarova qarşı yeni iddia qaldırılıb
22.08.2024 12:09
Keçmiş polis əməkdaşı Neman Kərimov ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun hökmü ilə bağlı yenidən məhkəməyə müraciət edib.  Bu barədə "Qafqazinfo” mənbələrinə istinadən yazıb.
 
2015-ci ildə Kərimov Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. 
 
İttihamda yazılıb ki, Neman Kərimov və dayısı oğlu Elçin Mövsümov "Elit” hotelində iki qızla qalarkən MTN əməkdaşları basqın edərək onları nazirliyə aparıblar.
 
MTN-də ona Sevinc Rüstəmova adlı şəxsə 30 min manat borcu olduğunu deyiblər. İdarə rəisi Çovdarov onu buraxmaq üçün əvvəl 250 min manat pul istəyib, sonradan 80 minə razılaşıblar. Həmin pulun 20 min manatı Sevinc Rüstəmovaya verilib, 60 mini isə hədə-qorxu yolu ilə mənimsənilib.  Kərimov özü isə pulu verdikdən sonra sərbəst buraxılıb.

Zərərçəkmiş əvvəllər ona dəyən maddi və mənəvi ziyana görə Akif Çovdarov və polkovnik Səlim Məmmədovdan təzminat tələb etsə də, məhkəmə onun iddiasını təmin etməyib.

9 il sonra, bu günlərdə Neman Kərimov ona geri ödənilməmiş 60 min manat ziyanın qaytarılması tələbi ilə apellyasiya şikayəti verib. Onun nədən bu qədər müddət sonra pulunun arxasınca düşməsinin səbəbi bilinmir.
 
Akif Çovdarov 2017-ci ildə 12 il azadlıqdan məhrum edilib. O, bir neçə il sonra əfv edilib. General rütbəsindən məhrum edilən Çovdarovun 30 milyonluq əmlakı da bu yaxınlarda müsadirə edilib.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Maştağada gölün qanunsuz doldurulması faktı araşdırılıb
Cəmiyyət 14:39
Maştağada gölün qanunsuz doldurulması faktı araşdırılıb

Bakıda oteldə anasını öldürən oğlana hökm oxunub
Cəmiyyət 13:58
Bakıda oteldə anasını öldürən oğlana hökm oxunub
MEDİA regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb
Cəmiyyət 13:36
MEDİA regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Cəmiyyət 12:59
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Cəmiyyət 12:44
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Bayramlara görə pensiyalar tez ödəniləcək
Cəmiyyət 12:13
Bayramlara görə pensiyalar tez ödəniləcək
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Cəmiyyət 12:01
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Cəmiyyət 11:12
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol