NATO qoşunları Rusiya ilə sərhəddə yerləşdiriləcək

Finlandiyanın Mikkeli şəhərində Rusiya ilə sərhəd yaxınlığında NATO-nun 4-5 min əsgərdən ibarət zirehli briqadası yaradılacaq. Bu barədə cümə axşamı "İltalehti" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qərarın yaxın həftələrdə rəsmən açıqlanacağı gözlənilir. Nəşr yazır ki, yaradılan bölmə həm də FLF (İrəli Quru Qoşunları) kimi tanınır.
Avqustun 21-də bildirilib ki, Finlandiya bir neçə NATO ölkəsi ilə ərazisində alyansa məxsus qoşunların yerləşdirilməsi ilə bağlı danışıqlar aparır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 