• $
  • £

Azərbaycan güləşçiləri dünya çempionatını 4 medalla başa vurub

Azərbaycan güləşçiləri dünya çempionatını 4 medalla başa vurub
25.08.2024 22:30
Azərbaycan güləşçiləri İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 dünya çempionatını 1 gümüş və 3 bürünc medalla başa vurub.

Güləş Federasiyasından  verilən məlumata görə, sərbəst güləşçilərimiz son yarış günündə 2 medal (1 gümüş, 1 bürünc) qazanıb.
Rəvan Həsənzadə (45 kq) gürcüstanlı Levan Nozadzeyə (tuş), monqolustanlı Oçirxu Badarxa (6:3) və belaruslu Kiril Nikitsikə (12:2) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Amirabbas Ramezanibazarmahallehə 2:4 hesabıyla məğlub olan Rəvan bürünc medal uğrunda görüşdə qazaxıstanlı Bekzat Amangəldini "tuş”la üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Muhəmməd İsmayılov (51 kq) iranlı Sam Arşadğasabsarayiyə 5:4 hesabıyla qalib gəlsə də, 1/4 finalda qırğızıstanlı Marlen Abdraimova sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.

Hüseyn İsmayılov (60 kq) britaniyalı Danuş Jovkara (4:1), iranlı Fərhad Xateriyə (3:2) və ermənistanlı Hayk Avanesyana (4:2) qalib gələrək finala yüksəlib. Son görüşdə qırğızıstanlı Omurbek Uluya 1:5 hesabıyla məğlub olan Hüseyn gümüş medalı boyundan asıb.

Nihad Abasov (71 kq) 1/8 finalda amerikalı Melvin Millerə (0:11), Fərhad Süleymanlı (92 kq) təsnifat mərhələsində digər amerikalı Con Diakomihalisə (3:7) uduzub.

Qeyd edək ki, ötən gün Hüseyn Hüseynovla (55 kq) Muxamad Qantemirov (110 kq) dünya üçüncüsü olub. Yığmamız 77 xalla komanda hesabında ilk "5-liy”i qapayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol