• $
  • £

Durovun həbsindən sonra ABŞ və Fransada telegram daha çox yüklənməyə başlanılıb

Durovun həbsindən sonra ABŞ və Fransada telegram daha çox yüklənməyə başlanılıb
27.08.2024 09:56
Telegramın yaradıcı Pavel Durovun həbsindən sonra bir çox ölkələrdə eləcə də ABŞ və Fransada bu proqram daha da populyar olub. Bu barədə TechCrunch portalı məlumat yayıb. 
 
Qeyd olunur ki, Fransada messencer "Sosial şəbəkələr” kateqoriyasında "iOS App Store”da yükləmələrin sayına görə birinci yerə yüksəlib və ümumilikdə proqramların reytinqində üçüncü olub. Telegram Amerika Tətbiq Mağazasında ikinci ən çox yüklənən sosial şəbəkə proqramı olub və dünyada iOS-da Telegram-ın endirilmə sayı 4% artıb.

Bir gün əvvəl axşam Fransada saxlanılan Pavel Durovun həbs müddəti uzadılıb. Fransa mətbuatının məlumatına görə, sahibkar çərşənbə günü, avqustun 28-nə kimi həbsdə qalacaq.

Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. İş adamı ölkəyə Azərbaycandan gəlib.

Fransa polisi Reuters agentliyinə bildirib ki, sahibkar Telegram-da kiber və maliyyə cinayətləri ilə bağlı əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
 
Onlar əlavə ediblər ki, Durov kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizə üzrə milli departamentlər tərəfindən araşdırılır.

Durov 12 cinayət törətməkdə ittiham olunur. İş adamı çoxsaylı kibercinayətlərdə şübhəli bilinərək "adı açıqlanmayan şəxslə bağlı” istintaq çərçivəsində dindirilir.
 
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
Dünya 12:28
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Dünya 11:09
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Türkiyədə daha 14 məşhur saxlanılıb
Dünya 10:11
Türkiyədə daha 14 məşhur saxlanılıb
KİV: ABŞ İranla atəşkəs rejimini pozub
Dünya 23:37
KİV: ABŞ İranla atəşkəs rejimini pozub
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Dünya 22:15
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol