• $
  • £

Səhiyyə TV 16 min manat cərimə ödəyəcək

Səhiyyə TV 16 min manat cərimə ödəyəcək
27.08.2024 12:37
Peyk yayımı həyata keçirməyən platforma yayımçısı olan "Səhiyyə TV" kanalı 16 min manat cərimələnib. Bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, buna səbəb kanalın proqramlarının Şura tərəfindən aparılan monitorinqi zamanı "Reklam haqqında" Azərbaycan Respublikası Qanunun 4.3-cü maddəsinin tələbinin pozulması faktı ilə bağlıdır.

Belə ki, iyunun 7-də saat 20.00-da və 08 iyun 2024-cü il tarixdə, saat 08.00-da kanalın efirində yayımlanmış tibb müəssisələrinin reklam çarxlarında həmin tibb müəssisələrinin lisenziyasının və ya sertifikatının nömrələri, verilmə tarixləri və onları verən orqanın adı göstərilməyib.

Audiovizual Şura tərəfindən 2 protokol tərtib edilib və müvafiq məhkəməyə göndərilib. Məhkəmənin müvafiq qərarları ilə "Səhiyyə TV" MMC hər bir inzibati xəta üzrə 8000 manat olmaqla ümumi 16000 manat məbləğində cərimə edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarlarını qüvvədə saxlamış və həmin qərarlar qanuni qüvvəyə minib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Maştağada gölün qanunsuz doldurulması faktı araşdırılıb
Cəmiyyət 14:39
Maştağada gölün qanunsuz doldurulması faktı araşdırılıb

Bakıda oteldə anasını öldürən oğlana hökm oxunub
Cəmiyyət 13:58
Bakıda oteldə anasını öldürən oğlana hökm oxunub
MEDİA regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb
Cəmiyyət 13:36
MEDİA regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Cəmiyyət 12:59
Azərbaycan dili imtahanının nəticələri elan olunub
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Cəmiyyət 12:44
Qarabağın 2 rayonunda yarımarka keçirəcək
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Bayramlara görə pensiyalar tez ödəniləcək
Cəmiyyət 12:13
Bayramlara görə pensiyalar tez ödəniləcək
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Cəmiyyət 12:01
Xamenei ilə vida mərasimi 3 gün davam edəcək
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Cəmiyyət 11:12
Martın 3-də Azərbaycanda 68 cinayət açılıb, 177 nəfər saxlanılıb – DİN
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol