• $
  • £

4 il sonra bu ölkədə qadınlar məcburi hərbi xidmətə gedəcək

4 il sonra bu ölkədə qadınlar məcburi hərbi xidmətə gedəcək
27.08.2024 13:34
2028-ci ildən Latviyada qadınlar da məcburi hərbi xidmətə cəlb edilə bilər. Bu barədə Tacc agentliyi ölkənin Müdafiə  Nazirliyinə istinadən yazıb. 
 
Müdafiə naziri izah edib ki, bu vaxta qədər hökumət "bir sıra hazırlıq işləri” görməlidir.
 
O qeyd edib ki, əvvəlcə bu məsələ ilə bağlı "siyasi müzakirə” aparılmalıdır.
 
O zaman hərbi xidmətə gedən qadınlar üçün lazımi geyim, avadanlıq, avadanlıq ehtiyatı yaratmaq lazımdır.
 
Spruds-un məlumatına görə, artıq Latviyanın Milli Silahlı Qüvvələrinə (MQQ) müvafiq əmrlər verilib.

Bundan əvvəl Latviyanın xarici işlər naziri Bayba Braze qadınların məcburi hərbi xidmətə çağırılması ideyasını dəstəkləyib. Nazir vurğulayıb ki,  qadınlar üçün məcburi hərbi xidmət "hamıya faydalı olacaq". Respublikanın Milli Hərbi Qüvvələrinin rəhbərliyi qadınların milli müdafiə xidmətinə çağırılması imkanlarını da nəzərdən keçirməyə çağırıb.

Dünyada bir neçə ölkə qadınları məcburi hərbi xidmətə cəlb edir. 
 
İsraildə yaşı 18 olan həm qadınlar, həm də kişilər 2 illik hərbi xidmətə çağrılır. Norveçdə 2015-ci ildən etibarən kişilərlə yanaşı qadınlar da məcburi hərbi xidmətə cəlb olunur. Şvetsiya 2017-ci ildən qadınları da hərbi xidmətə çağırır. Danimarkada isə qadınların hərbi xidmətə getməsi məcburi yox könüllülük əsasında həyata keçirilir. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
Dünya 12:28
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Dünya 11:09
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Türkiyədə daha 14 məşhur saxlanılıb
Dünya 10:11
Türkiyədə daha 14 məşhur saxlanılıb
KİV: ABŞ İranla atəşkəs rejimini pozub
Dünya 23:37
KİV: ABŞ İranla atəşkəs rejimini pozub
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Dünya 22:15
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol