• $
  • £

Qarabağ Universitetində yüksək bal toplayan tələbələrin sayı açıqlanıb - Statistika

Qarabağ Universitetində yüksək bal toplayan tələbələrin sayı açıqlanıb - Statistika
28.08.2024 12:06
2024 — 2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 101 tələbə 600 baldan yüksək bal toplayıb. Bu barədə Qarabağ Universitetinin rəsmi facebook hesabında bildirilib. 
 
500-599 bal toplayan 284 tələbə də Qarabağ Universitetində təhsil almaq hüququ qazanıb. 
 
400-499 bal toplayanların sayı isə 344 nəfər təşkil edib. 
 
Bundan əvvəl dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bildirib ki, bu il ilk dəfə fəaliyyətə başlayan Qarabağ Universitetində plan yerləri 98,57% dolub. 
 
İlk dəfə fəaliyyətə başlayan Qarabağ Universitetinə bu il  1120 plan yeri ayrılıb. 
 
Qarabağ Universitetində təhsil iki dildə aparılacaq.

Bir necə gün öncə Qarabağ Univrsitetinin rektoru bildirib ki, sentyabrdan etibarən 1120 tələbənin bu universitetdə təhsil almaq imkanı olacaq. 
 
Bundan əvvəl elm və təhsil naziri Qarabağ Universitetinin yeni görüntülərini paylaşaraq bildirib ki, Qarabağ Universiteti ölkənin elm və təhsil mərkəzinə çevriləcək. 
 
Fevralın 15-də Prezidentin ehtiyyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.

İlk illərdə Qarabağ Universitetində tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur. 
 

 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Cəmiyyət 11:30
FHN su basmış ərazilərdən 454 nəfəri təxliyə edib - Video
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 11:27
Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq ölüb
Sumqayıtda mebel sexi yanıb - Video
Cəmiyyət 10:52
Sumqayıtda mebel sexi yanıb - Video
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Cəmiyyət 10:29
DYP bayram tətilindən qayıdan sürücülərə müraciət edib
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Cəmiyyət 10:03
Şirvanda evdə partlayış olub,xəsarət alan var - Video
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Cəmiyyət 22:31
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
Cəmiyyət 20:55
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
BDYPİ mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 19:00
BDYPİ mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Binəqədidə baş vermiş yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 16:28
Binəqədidə baş vermiş yanğın söndürülüb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol