İşsizlikdən sığorta işçiyə nə verir?
Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə əsasən, əmək münasibətlərinə daxil olan hər bir işçi işsizlikdən sığorta olunmalıdır.
İşsizlikdən sığorta əslində müsbət haldır. Lakin yalnız o halda bu qanunu müsbət hesab etmək olar ki, o öz iradəsindən asılı olmayaraq əmək müqaviləsi ləğv edilən bütün işçilərə şamil edilsin.
Qanuna görə, işsizlik sığortası heç də bütün əmək müqaviləsi ləğv olunan işçilərə şamil olunmur, bəzilərinə isə qismən şamil olunur.
Əmək müqaviləsi ləğv edilən işçilər hansı hallarda və ya əsaslar olduqda işsizlikdən sığorta haqqı almaq hüququna malikdirlər?
İşsizlikdən sığorta almaq hüququna malik şəxslər hansı müddətdə və ya məbləğdə bu ödənişi ala bilərlər?
Azərbaycan Respublikası qanunvericiliyində bu əmək münasibəti qısa formada əsasən aşağıdakı qaydada tənzimlənir.
1. İşsizlik sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və yalnız "Məşğulluq haqqında” AR Qanununa uyğun olaraq, bu qurumda- işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər.
2. Sığorta ödənişini almaq üçün 3 əsas şərt olmalıdlr:
1.Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə.
2. "İşçilərin sayı azadlıqda və ya ştatları ixtisar edildikdə".
3. İşçinin Əmək müqaviləsinin müddəti qurtardıqda.
Yuxarıda da qeyd etdiyim kimi qanunda işsizlik sığortası heç də bütün əmək müqaviləsi ləğv olunmuş işçilərə şamil olunmur, bəzilərinə isə qismən şamil olunur və yalnız bu əsaslarla əmək müqaviləsi ləğv edilmiş işçilərə şamil edilir.
3. İşçiləriə ödənilən sığorta ödənişi sığorta stajından asılı olmayaraq - itirilmiş orta aylıq əmək haqqının 50 faizi məbləğindən hesablanır.
4. Orta aylıq əmək haqqı:sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölünməsi yolu ilə tapılır.
5. Hüquqi şəxs ləğv edildikdə, "işçilərin sayı və ya ştatları ixtisar edildikdə", ilk dəfə təyin olunan sığorta ödənişi: minimum sığorta ödənişinin məbləğindən az olmayaraq, orta aylıq əmək haqqının 50 faizindən - aşağıdakı qaydada hesablanır və ödənilir:
5.1. İlk 2 təqvim ayı üçün – 100 faiz ödəniş.
5.2. 3–4-cü təqvim ayları üçün – 80 faiz.
5.3. 5–6-cı təqvim ayları üçün – 70 faiz.
5.4. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir: hal hazırda sığorta ödənişi - 345 manatdır.
6. Uşağa görə sığorta ödənişinə əlavə: bu sığorta ödənişinə əlavənin məbləği hər bir uşağa görə 5 faiz, lakin 20 faizdən çox olmamaq şərtilə artırılır.
7. Əmək müqaviləsinin müddəti qurtardıqda əsası ilə: 3 ay müddətində hal hazırda - 345 manat işsizlikdın sığorta haqları ödənilir.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı" İctimai Birliyi tərəfindən "Əmək münasibətlərində şəffaflığın təmin edilməsində əmək müqaviləsinin əhəmiyyəti” layihəsi çərçivəsində hazılanıb.
www.anews.az