• $
  • £

“Krokus” terror aktı işində əli olan şəxs Rusiya vətəndaşı ola bilər

“Krokus” terror aktı işində əli olan şəxs Rusiya vətəndaşı ola bilər
30.08.2024 09:47
Crocus City Hall-dakı terror aktını törədənlərdən biri Rusiya vətəndaşı ola bilər. Bu barədə Rusiya mətbuatı Tacikistan Daxili İşlər Nazirliyinə istinadan yazıb. 
 
Bildirilib ki, Umedjon Soliyev ölkə paytaxtında qeydiyyatda deyil və Rusiya vətəndaşı ola bilər. Soliyevin 26 yaşı var və 1998-ci ilin iyulunda Düşənbədə anadan olub. Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında milliyyəti qeyd olunmadan yalnız onun doğulduğu yer göstərilir.
Bir gün əvvəl məlum oldu ki, Krokusda terror aktı ilə bağlı iş üzrə beş yeni müttəhim aprel ayında  Dağıstanda saxlanılıb və həbs edilib.
 
Onlardan dördü Tacikistan vətəndaşı, digəri isə Rusiya vətəndaşlığını almış Tacikistan vətəndaşıdır.
 
Bir neçə gün öncə Moskvanın Basmannı məhkəməsi Moskva yaxınlığındakı Crocus City Hallda terror aktı törətməkdə şübhəli bilinən 4 məhbusun həbs müddətinin uzadılması barədə qərar qəbul edib.
 
Həbs olunanlarıara qarşı yeni ittiham irəli sürülüb. İş materiallarına görə, onlar həmçinin terrorçuluq təlimi keçməkdə və terror təşkilatında iştirakda ittiham olunurlar. 

Daha əvvəl bildirilmişdi ki, Krasnoqorsk Krokusunda baş verən terror aktı ilə bağlı artıq ifadə verən yeni şahid meydana çıxıb.
 
Sonuncu aprelin 4-də saxlanılıb, o, istintaq çərçivəsində həbs edilən 11-ci şəxs olub.
 
Martın 22-də axşam saatlarında Moskva Crocus City Hall konsert zalında terror aktı baş verib. Piknik qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Ertəsi gün onlar tutularaq mayın 22-dək istintaq təcridxanasına göndərilib. Terror aktı Beslan faciəsindən sonra Rusiyada ən böyük terror aktıdır.
 
Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

ABŞ-də təyyarə qəzası -Ölənlər var
Dünya 16:06
ABŞ-də təyyarə qəzası -Ölənlər var

Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb
Dünya 14:53
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb

İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı
Dünya 14:07
İran ABŞ və İsrail münaqişəsində ölənlərin sayını açıqladı

Paşinyan Rusiyaya yenidən səfər edəcək
Dünya 13:35
Paşinyan Rusiyaya yenidən səfər edəcək
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
Dünya 12:28
İspaniya İran səfirliyin fəaliyyətini bərpa edir
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Dünya 11:09
İran nümayəndə heyəti sülh planı ilə İslamabada səfər edəcək
Türkiyədə daha 14 məşhur saxlanılıb
Dünya 10:11
Türkiyədə daha 14 məşhur saxlanılıb
KİV: ABŞ İranla atəşkəs rejimini pozub
Dünya 23:37
KİV: ABŞ İranla atəşkəs rejimini pozub
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Dünya 22:15
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol