• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Sentyabr ayına olan hava proqnozu açıqlanıb

Sentyabr ayına olan hava proqnozu açıqlanıb
30.08.2024 18:07
Respublika ərazisi üçün sentyabr ayına olan hava proqnozu açıqlanıb. 
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,bu ilin sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Ayın əvvəlində ölkə ərazisində hava şəraitinin mülayim, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 18-23 dərəcə isti, gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 12-23 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 16-21 dərəcə isti, gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 7-13 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti, bəzi günlərdə 27-32 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-50 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 25-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-37 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 19-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 16-21 dərəcə isti, gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 35 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 17-44 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 15-20 dərəcə isti, gündüzlər 22-27 dərəcə isti, bəzi günlərdə 33 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-120 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 14-38 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 23-28 dərəcə isti, bəzi günlərdə 34 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 50-199 mm).
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 13:13
Sabah dağlıq ərazilərdə yollar buz bağlayacaq
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Cəmiyyət 13:00
Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:40
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol