• $
  • £

Seçkidə saxta jurnalist vəsiqələri aşkarlanıb

Seçkidə saxta jurnalist vəsiqələri aşkarlanıb
01.09.2024 21:00
Milli Məclisə növbədənkənar seçkilər zamanı bir sıra seçki məntəqələrində saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edilib.Bu barədə Medianın İnkişafı Agentliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

"Üzərində Medianın İnkişafı Agentliyi tərəfindən verildiyi iddia olunan "Jurnalist vəsiqəsi” orijinal nüsxənin elementlərini kobud formada təkrarlayaraq qeyri-qanuni yolla hazırlanıb.

Jurnalist vəsiqəsinin verilməsi qaydası "Media haqqında” Azərbaycan Respublikası Qanunu və "Media Reyestrinin aparılması Qaydaları” ilə tənzimlənir, onun forması isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmişdir.

Jurnalist vəsiqəsi müvafiq qanunvericiliyin tələblərinə cavab verən jurnalistlərə Medianın İnkişafı Agentliyi tərəfindən verilən, rəqəmlərin və (və ya) hərflərin kombinasiyasından ibarət unikal qeydiyyat nömrəsi olan rəsmi sənəddir. Vəsiqənin arxa hissəsində yerləşdirilmiş QR kodunu skan etməklə vəsiqə sahibini eyniləşdirmək, onun Media Reyestrinə daxil edilib-edilmədiyini, həmçinin vəsiqənin həqiqiliyini müəyyən etmək mümkündür.

Jurnalist vəsiqəsinin hər hansı forma və üsulla saxtalaşdırılması, istifadəsi qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə səbəb olur. Hazırda Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılır, fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir”, - məlumatda bildirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Litvanın Baş naziri Azərbaycana gəlib
Siyasət 20:50
Litvanın Baş naziri Azərbaycana gəlib
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Siyasət 19:12
Əraqçi və Bayramov arasında telefon danışığı olub
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
Siyasət 18:58
Andrey Sibiqa Ceyhun Bayramova zəng edib
İlham Əliyev Pezeşkiana zəng edib
Siyasət 15:23
İlham Əliyev Pezeşkiana zəng edib
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Siyasət 14:04
Prezident TƏBİB-lə bağlı sərəncam verib
Prezident sərəncam imzalayıb
Siyasət 14:02
Prezident sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
Siyasət 11:27
İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır
Siyasət 11:04
Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Litvanın Baş naziri Azərbaycana səfər edəcək
Siyasət 09:40
Litvanın Baş naziri Azərbaycana səfər edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol