• $
  • £

İki gün əvvəl itkin düşən 15 yaşlı qızın basdırılmış meyiti tapıldı - Yenilənib

İki gün əvvəl itkin düşən 15 yaşlı qızın basdırılmış meyiti tapıldı - Yenilənib
03.09.2024 17:06
Sentyabrın 3-də saat 10 radələrində Bərdə rayonunun Cəyirli kəndində yerləşən yarımtikilidə 2 gün əvvəl itkin düşmüş həmin kəndin sakini, 2009-cu il təvəllüdlü Sevinc Abbaslının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə  Bərdə Rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən prokuror kriminalist və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə, meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

"Meyitin xarici müayinəsi zamanı üzərində müxtəlif xəsarət izləri aşkar edilib. İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.
 
 
 
15:36
 
Bərdədə yeniyetmə qızın meyiti tapılıb.

"Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində torpağa basdırılmış halda aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə üç nəfər dərmandan zəhərlənib, biri ölüb
Cəmiyyət 00:08
Gəncədə üç nəfər dərmandan zəhərlənib, biri ölüb
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:01
Bu ərazilərdə işıq olmayacaq
İtv-nin baş direktor vəzifəsinə sənəd qəbulu başlayıb
Cəmiyyət 23:30
İtv-nin baş direktor vəzifəsinə sənəd qəbulu başlayıb
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - Yenilənib
Cəmiyyət 21:20
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - Yenilənib
Sabah Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
Cəmiyyət 20:10
Sabah Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR
Cəmiyyət 19:42
Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR
Heydər Əliyev prospektində piyadanı maşın vurub
Cəmiyyət 18:54
Heydər Əliyev prospektində piyadanı maşın vurub
İmtahanda 9 nəfər 300 bal toplayıb - SİYAHI
Cəmiyyət 18:10
İmtahanda 9 nəfər 300 bal toplayıb - SİYAHI
Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir
Cəmiyyət 18:06
Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol