• $
  • £

Həftəsonu 400 şagird əlavə imtahan verəcək

Həftəsonu 400 şagird əlavə imtahan verəcək
06.09.2024 10:12
Dövlət İmtahan Mərkəzi builki buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 8-də əlavə imtahan keçirəcək.
 
Bundan əlavə, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.

İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 51 nəzarətçi, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı, 6 bina nümayəndəsi ayrılıb.

İmtahanlar bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bu imtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə sentyabrın 2-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 241, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 159 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 75 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.
İmtahanda 3 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, eşitmə əngəlli) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binasında xüsusi zal ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçi təyin edilib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Paytaxtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar
Cəmiyyət 17:02
Paytaxtda evlərdən oğurluq edən şəxslər saxlanılıblar
Polis Buzovnada qaya daşlarını zədələyən şəxsi saxlayıb
Cəmiyyət 16:26
Polis Buzovnada qaya daşlarını zədələyən şəxsi saxlayıb
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 16:18
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq - XƏBƏRDARLIQ

Ötən gün Azərbaycanda axtarışda olan 30 nəfər saxlanılıb
Cəmiyyət 14:56
Ötən gün Azərbaycanda axtarışda olan 30 nəfər saxlanılıb

Bəzi ərazilərə yağış yağıb- Faktiki hava
Cəmiyyət 14:26
Bəzi ərazilərə yağış yağıb- Faktiki hava

Lənkəranda maşın aşdı- Xəsarət alanlar var
Cəmiyyət 14:14
Lənkəranda maşın aşdı- Xəsarət alanlar var

Sabah Bakıda yağış yağacaq
Cəmiyyət 13:25
Sabah Bakıda yağış yağacaq
Azərbaycandan keçməklə Ermənistana gübrə və qarabaşaq göndərilib
Cəmiyyət 13:00
Azərbaycandan keçməklə Ermənistana gübrə və qarabaşaq göndərilib
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
Cəmiyyət 12:44
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol