• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Azərbaycanda qəza vəziyyətində olan məktəblərin sayı açıqlanıb

Azərbaycanda qəza vəziyyətində olan məktəblərin sayı açıqlanıb
10.09.2024 11:36
Hazırda Azərbaycanda 400-dən çox məktəb qəza vəziyyətindədir. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Hər il qəza vəziyyətində olan məktəblərin sayı azalır. Şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda biz məktəbləri birləşdirmirik, sadəcə şagirdləri digər məktəblərə keçiririk. Hazırda qəzalı məktəblərin sayı yarı qədər azalıb. 400-dən artıq məktəbimiz qəzalıdır. Bu sürətlə getsək bu problemi həll etmiş olacayıq" - nazir jurnalistlərə açıqlamasında bildirib. 

Bundan əvvəl Elm və Təhsil Nazirliyi açıqlayıb ki, 2024-cü il ölkə üzrə 38 məktəbdə təmir-tikinti işləri aparılacaq.

2023-cü il Azərbaycanda 40 təhsil müəssisəsində təmir-tikinti işləri aparılıb
 
İyulda elm və təhsil naziri Emin Əmrulayyev açıqlayıb ki, Ölkə üzrə təmirə ehtiyacı olan məktəblərin sayı 600-ə düşüb. Bu rəqəm daha əvvəl 800 olub. 

Martın 15-də baş nazir Əli Əsədov Milli Məclisdə hökümətin hesabatını təqdim edərkən deputatlara bildirib ki, hazırda ölkə üzrə təmirə ehtiyacı olan 660 məktəb var. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 19:02
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Cəmiyyət 17:24
“Air Astana” Bakı–Atırau–Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Cəmiyyət 14:15
Leyla Əliyevadan uşaqlarla bağlı paylaşım - Video
Sabahın hava proqnozu
Cəmiyyət 12:35
Sabahın hava proqnozu
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Cəmiyyət 12:23
QNET-də “part-time” fəaliyyəti tam ştatlı işlə necə balanslaşdırmaq olar?
Xaçmazda 20 yaşlı gənc dəm qazından boğularaq ölüb
Cəmiyyət 12:01
Xaçmazda 20 yaşlı gənc dəm qazından boğularaq ölüb
Ucarda qəza olub, yaralılar var
Cəmiyyət 11:30
Ucarda qəza olub, yaralılar var
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 10:00
Bu ərazilərdə qaz olmayacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol