• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Ceyhun Bayramov Qətərin yeni səfirini qəbul edib

Ceyhun Bayramov Qətərin yeni səfirini qəbul edib
12.09.2024 18:55
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin Azərbaycandakı yeni təyin olunmuş səfiri Məhəmməd Həməd Səad əl-Hacirini qəbul edib.Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Ceyhun Bayramov səfir Məhəmməd Həməd Səad əl-Hacirini təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı Azərbaycan və Qətər arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, gələcək planlar, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi-ticarət, təhsil, humanitar və s. sahələr üzrə uğurlu əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib. Yaxın günlərdə ölkələrimiz arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümünün tamam olacağı diqqətə çatdırılıb.

Mövcud əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində bir sıra mexanizmlər, o cümlədən siyasi məsləhətləşmələr, habelə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyət imkanlarından istifadənin əhəmiyyəti qeyd olunub.

İkitərəfli əməkdaşlıq ilə yanaşı, regional və beynəlxalq təşkilatılar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətin təqdirəlayiq olduğu, xüsusilə Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində əməkdaşlıq üçün yeni imkanların yarandığı diqqətə çatdırılıb.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması ilə keçmiş münaqişəyə son qoyulması, postmünaqişə dövründə bölgədə aparılan yenidənqurma işləri, habelə Ermənistanla münasibətlərin normallaşması prosesindən ətraflı bəhs olunub.

Səfir Məhəmməd Həməd Səad əl-Haciri qəbula və təbriklərə görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Qətər arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol